"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Xarici ölkə vətəndaşı olan azərbaycanlıların vətənə yolu dəvətnamədən keçir

03 Aprel 2015 - 14:57
in CƏMİYYƏT
FacebookVatsap

Uzun illərdir Almaniyada yaşayan azərbaycanlı Gülarə Məmmədova imkan yaransa da, bu ölkənin vətəndaşlığından imtina edib. Yeganə səbəbi vətəninə maneəsiz gəlib-getməkdir:

Bunu da oxuyun

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

fotto«Viza almalıyam, bunun üçün sənədlər toplamalıyam. İndi Azərbaycandan Almaniyaya daha rahat gəlib-gedə bilirəm, ancaq Almaniya vətəndaşı kimi öz ölkəmə getmək üçün viza müraciəti etməliyəm, məni dəvət etməlidirlər və s. Azərbaycanda yaxınlarım yaşayır, ən azı bir ölüm-itim, xeyir iş olanda getməməliyəm? Bürokratik əngəllər çoxdur, ona görə də, Azərbaycan vətəndaşlığından çıxmamışam».

Ancaq Azərbaycan vətəndaşlığından çıxıb başqa ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılar da var. Rüstəm Gəncəli adlı oxucu AzadlıqRadiosuna yazır ki, Birinci Avropa Oyunlarını izləmək üçün xaricdə yaşayan yaxınlarını vətənə dəvət etmək istəyir. Bunun üçün Xarici İşlər Nazirliyinə gedib anketi doldurur, elə əmması burda başlayır: «Mən anket verən qızdan soruşdum ki, dəvətnaməni hansı müddətə göndərmək lazımdır? Yarım il, bir həftə, ya bir il?».

Rüstəm əlavə edir ki, anket dolduran qız ondan qohumlarının nə vaxt gələcəyini soruşub:

«Güman ki, yayda, oyunlar zamanı gələcəklər, dayım üçün ehtiyat vaxt nəzərdə tutulmalıdır ki, səfərini səhhətinə görə nizamlaya bilsin».

«…DƏVƏTNAMƏ ÖZ QÜVVƏSİNİ İTİRİR»

AzadlıqRadiosunun oxucusu yazır ki, nazirlikdə ona dəvət etdiyi şəxsin göstərilən müddətdə gəlməsinin vacib olduğunu deyiblər, çünki müddət keçsə, dəvətnamə öz qüvvəsini itirir.

Rüstəm Gəncəliyə sonradan bir turizm şirkətini nişan verirlər, orda isə dəvətnamə göndərilməsi üçün adambaşına 120 dollar ödənilməsi söylənir.

«Üstəlik, qohumlarım da Almaniyada Azərbaycan səfirliyində viza üçün ödəniş etməlidirlər. Nə qədər olduğunu bilmirəm, amma yəqin ki, kiçik məbləğ deyil», – Rüstəm Gəncəli yazır. Onu heyrətləndirən əsas məsələ isə xarici ölkə vətəndaşı olan azərbaycanlının digər millətlər kimi viza sənədləri toplaması tələbidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza alınması qaydaları göstərilir. Vizanın alınması üçün tələb olunan sənədlər arasında «məsul şəxs tərəfindən verilmiş dəvət məktubu (iki nüsxədə)» da var.

«XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ QEYRİ-MÜƏYYƏNLİYİ SEVMİRLƏR»

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın viza rejiminin bir o qədər də sərt olmadığını vurğulayır:

Azər Allahverənov

«Xarici İşlər Nazirliyində viza müraciətinə maksimum iki həftə ərzində baxılır. Ona görə də, anketi doldurarkən konkret səfər müddətini göstərmək lazımdır. Çünki ərizəyə baxılan müddətlə ölkəyə gəliş-gediş eyni vaxta düşsə, adam vizasız qala bilər. Xarici İşlər Nazirliyində qeyri-müəyyənlik anlayışı yoxdur. Yəni, anketdə göstərə bilməzsən ki, səfər qeyri-müəyyən müddətdə nəzərdə tutulur».

Azər Allahverənov deyir ki, viza alınması üçün istisna hallar nəzərdə tutulub:

«Qohumlardan ağır xəstə olan varsa, ya kimsə ölübsə, bunu sübut edən sənəd təqdim ediləndən sonra xarici vətəndaşın viza müraciətinə azı iki gün ərzində cavab verilir».

Müsahibimiz əlavə edir ki, viza müddəti onun növündən asılıdır: «Mən də bir çox Avropa ölkələrinə gedirəm, elə olub ki, məsələn, 5 günlük konfransdır, vizanı da məhz 5 gün veriblər. Belə hallar da olub. Yəni, Azərbaycan da səfər müddətinə uyğun viza verir. Müddət viza məsələsində çox ciddi amildir. Müddətdən bir gün artıq qalmaq deportasiyaya səbəb ola bilər və ola bilsin ki, sənə 90 günlük viza verilib, amma göstərilib ki, bu viza ölkəyə bir dəfə giriş-çıxışı əhatə edir».

«BU, SİYASİ MƏSƏLƏDİR»

Azər Allahverənov deyir ki, xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün müvafiq qanunda hər hansı istisna nəzərdə tutulmayıb:

«Vizasız gediş-gəlişə icazə verilən ölkələrdən başqa viza alması tələb edilən ölkənin vətəndaşları üçün milliyyətindən asılı olmayaraq hər kəs üçün qaydalar eynidir. Miqrasiya haqqında qanuna belə güzəştləri nəzərdə tutan dəyişikliklər təklif edilib. Hesab edirəm ki, bu nüans nəzərə alınmalıdır, ancaq qanunvericilikdə azərbaycanlılar üçün bir ayrı, əcnəbilər üçün bir ayrı göstərilməsi, zənnimcə, ayrı-seçkilik kimi də yozula bilər. Bundan başqa, son 20 ildə ölkəni tərk edənlər arasında ruslar, yəhudilər və başqa millətin nümayəndələri də var. Bu zaman azərbaycanlını ayrıca tutmaq da ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Bu, siyasi konteksti olan məsədir, fikrimcə, açıq və kifayət qədər aktual mövzudur.

Hikmət Hacıyev

Buna görə də, istər siyasilər, istər ekspertlər bu məsələni müzakirə edib yekdil bir rəyə gəlməlidirlər ki, sonra narazılıqlar olmasın».

NAZİRLİK TURİSTƏ DƏVƏTNAMƏ TƏLƏB ETMİR

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, xarici ölkə vətəndaşı olan azərbaycanlıların və ya Azərbaycanda yaxın qohumları olan əcnəbilərin ölkəyə gəlməsində müəyyən güzəştlər var.

Turizm vizası üçün isə dəvətnamə tələb olunmur: «Turist vizası üçün sadələşdirilmiş viza tətbiq edilir, yəni, turizm şirkətləri ilə əcnəbi arasında müvafiq rezervasiyalar – otel, uçuş və s. həyata keçirilir. Hətta bu zaman viza rüsumunda da güzəştlər verilir».

Ancaq əcnəbini fərdi dəvət etmək istəyən azərbaycanlılar öz dəvətnamələrini Xarici İşlər Nazirliyində qeydiyyatdan keçirib təsdiqlətməlidirlər: «Kimsə Azərbaycana hansısa xarici şəxsi dəvət etmək istəyirsə, dəvətnaməni Xarici İşlər Nazirliyinə təqdim edir və nazirlik bu dəvətnaməni təsdiqləyərək şəxsin gələcəyi ölkədəki səfirliyinə göndərir ki, müraciət edən adam vizasını ala bilsin».

«DƏVƏTNAMƏNİN TƏSDİQLƏNMƏSİ TƏLƏBİ ƏSASSIZDIR»

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev hesab edir ki, nazirliyin dəvətnaməni təsdiq etmə tələbi əsassızdır: «Nazirliyin vizani təsdiq etməsi qanunun tələbi deyil. Dəvətnaməni göndərən, yəni əcnəbini Azərbaycana dəvət edən şəxs (bu hüquqi və fiziki şəxs ola bilər) iki nüsxədə dəvətnamə yazmalıdır. Hüquqi şəxsin bütün məlumatlarını göstərən və möhürlə təsdiq olunan blankda dəvət göndərilməlidir. Fiziki şəxs isə özünün şəxsiyyət vəsiqəsinin məlumatlarini və telefon məlumatını da əlavə etməklə dəvətnamə hazırlayır. Dəvət olunan şəxsin məlumatları da dəvətnamədə dəqiq göstərilməlidir».

Əlövsət Əliyev

Əlövsət Əliyev deyir ki, bu halda əcnəbini dəvət edən fiziki və ya hüquqi şəxs üçün müəyyən öhdəliklər yaranır: «Ona görə də, dəvətnamənin təsdiq olunmasına ehtiyac yoxdur. Bu, rüşvətə yol açan vasitədir. Yəni, viza verən fiziki şəxsin və ya hüquqi şəxsin məlumatlarını şübhəli hesab etsə, yoxlaya və ya viza verməkdən imtina edə bilər».

Ekspert deyir ki, dünya təcrübəsinə əsasən dəvətnamələr konsulluğa və dəvət olunan şəxsə göndərilir: «Məsələn, bir azərbaycanlı Almaniyadan birini Azərbaycana dəvət edir. Bu zaman dəvətnamənin birini Almaniya vətəndaşına, ikincisi isə Almaniyadakı Azərbaycan konsulluğuna göndərməlidir. Dəvət olunan şəxs də həmin dəvətnaməni götürür və səfirliyə gedir. Deyir ki dəvətnamənin əslini sizə göndəriblər, bu da ikinci nüsxəsidir. Bu əsasa görə də viza verilir. Dəvət əsasında gələn şəxslə görə bütün məsuliyyət dəvət edən şəxsə aiddir».

AVROPA OYUNLARINDA İDMANÇILARA VƏ AZARKEŞLƏRƏ SADƏ VİZA VERİLƏCƏK

Bəs Birinci Avropa Oyunlarını izləmək üçün ölkəyə gələcək xarici ölkə vətəndaşları hansı viza körpüsündən keçəcəklər? Turizm, yoxsa dəvətnaməli? Hikmət Hacıyev deyir ki, prezident sərəncamına əsasən, oyun zamanı sadələşdirilmiş viza rejimi tətbiq olunacaq: «İlkin mərhələdə iki kateqoriya müəyyənləşdirilib. Birincisi idmançılar və onları dəstəkləyən qruplardır. Akkreditasiyadan keçəndən və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə qeydiyyata düşəndən sonra onlar sadələşdirilmiş qaydada ölkəyə daxil ola biləcəklər. Digər kateqoriya isə azarkeşlərə aiddir. Onlar oyunlara aldıqları bileti aeroportda təqdim edəndən sonra sadələşdirilmiş qaydada viza ala biləcəklər».

Previous Post

Xarici ölkə vətəndaşı olan azərbaycanlıların vətənə yolu dəvətnamədən keçir

Next Post

Bakının mərkəzində yaşayan qadını evindən belə çıxardılar – VİDEO

Bənzər yazılar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29

Fövqəladə Hallar Nazirliyi (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bu barədə Elchi.az - a...

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51

Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir.  Rayon idarəsi sizi nazirliyə göndərir,...

MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Elchi.az xəbər verir ki, bu barədə Məktəbəqədər...

Next Post

Bakının mərkəzində yaşayan qadını evindən belə çıxardılar - VİDEO

Bakının mərkəzində yaşayan qadını evindən belə çıxardılar - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.