"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Xarici diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib

07 May 2026 - 17:46
in CƏMİYYƏT
FacebookVatsap

ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “Xəzər hövzəsi araşdırmaları” proqramı çərçivəsində keçirilən sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 19 ölkəni təmsil edən 20 yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Bu barədə  Elchi.az-a Komitədən məlumat verilib.

Bildirilib ki, diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib.

Qeyd edilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb.

Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən kompleks dövlət siyasəti barədə məlumat verib. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğı da xüsusi vurğulanıb.

Çıxış zamanı qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib. Köçkünlərin reinteqrasiya tədbirlərinə cəlb edilməsi, köç prosesinin təşkili, onların maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin icrası, xüsusi qaynar xətt xidmətinin yaradılması da komitənin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlərdən bir neçəsidir. Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.

Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi bir model təqdim etməkdədir.

Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib. Dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığı, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlandığı, məcburi köçkünlər və qaçqınlar üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan indiki Ermənistandan öz ata-baba yurdlarından zorla qovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqları qorunmalı və istənilən uzunmüddətli sülhün bir hissəsini təşkil etməli olduğu vurğulanıb.

Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir” sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayını nümayiş etdirən video çarxlar nümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb.

Təqdim olunan materiallar diplomatlar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda sədr müavini iştirakçıların qayıdış prosesi və ümumilikdə dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını cavablandırıb.

Xarici diplomatlara Böyük Qayıdış haqqında məlumat verilibXarici diplomatlara Böyük Qayıdış haqqında məlumat verilibXarici diplomatlara Böyük Qayıdış haqqında məlumat verilibXarici diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
Previous Post

Bakıda tramvayla sərnişindaşıma xidmətini Metropoliten təşkil edəcək

Next Post

ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, readmissiya Azərbaycan...

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33

Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib....

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36

Muzey Mərkəzində görkəmli xalçaçı-rəssam, ornamentalist və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş sərgi keçirilib. Elchi.az xəbər verir...

Next Post
ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib

ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib

Kremldə Putinin Çinə səfərinə hazırlıq görülür

Kremldə Putinin Çinə səfərinə hazırlıq görülür

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.