"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Xankəndində antiterror əməliyyatı keçirilməsə, Qarabağın heç bir erməni sakini qorxusundan Azərbaycanın vətəndaşlığını qəbul etməyəcək”

30 Aprel 2023 - 17:01
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyaasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

Bunu da oxuyun

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

– Qüdrət bəy, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı, yoxsa …

– Əminliklə deyirəm ki, yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik. Bunun üçün növbəti addım Ermənistandan Azərbaycana çəkilmiş qaz, elektrik və internet xəttini kəsib Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır. Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır. Ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlılarının Azərbaycanda qalma müddəti uzadılmayacaq. Bu addımlar atılandan bir müddət sonra Xankəndində antiterror əməliyyatı keçirilməlidir. Yoxsa seperatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm.

– Qüdrət bəy, Azərbaycanda da Orxan Pamuk olmaq istəyənlər tapılır. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.

– Orxan Pamuk öz xalqına xəyanət edib Nobel mükafatı alana qədər milyonlarla nüsxədə nəşr olunmuş əsərlər yazmışdı, dünya miqyasında tanınırdı. Amma bir türk olduğu üçün ona Nobel mükafatı verilmirdi. Şöhrətpərəstlik xəstəliyinə yoluxmuş bu şəxs bunu anladığınadan 2005-ci ildə İsveç jurnalına öz xalqını soyqırımda ittiham edən müsahibə verdi və növbəti il Nobel mükafatı aldı. Amma onun istedadı var idi. Bizim yazılarından daha çox intriqaları ilə fərqlənən şöhrətpərəstlərimiz də onun yolu ilə getmək istədi,ancaq qazandıqları xalqın nifrəti oldu. Yazdıqlarını ermənilər 5-10 dilə tərcümə etsələr də bədii məziyyətlərinə görə heç kim oxumadı, xalqımızı aşağılayan cızma-qaralar isə daşlaşdı,”daş yuxusuna” getdi. Qazandıqları ad isə o oldu ki, yalnız milli kimliyini, ruhunu şeytana təslim edənlər öz xalqına qarşı belə davrana bilər. Xaricdə ermənipərəst dairələrin əlinin altında işləyən bəzi gənclər atalarının yazdıqlarına belə tüpürərək öz xalqına qarşı çıxmaqla populyarlaşmaq, pul qazanmaq, düşmənlərimizdən “əhsən” almaq yolunu tutublar. Bizə düşmən dövlətlərdə sığınacaq alıb müftə, ələbaxan yaşamaq, bunun qarşılığında ölkəmizdə mənəvi mühiti iyləndirmək istəyən ünsürlər bir gün mütləq layiq olduqları cəzanı alacaqlar, ya da yad ölkədə gəbərəcəklər, cəsədləri də yandırılıb külləri kanalizasiyalara axıdılacaq və xalqımız durduqca onlar lənət ünvanı olacaq, törəmələri bu ləkəni daşıyacaq.

– Hazırkı ictimai-siyasi vəziyyət haqqında fikirlərinizi də bilmək istərdik.

– Xalqımız Qarabağın azad olunması istiqamətində görülən işləri təqdir edir, həm buna görə, həm də ağır həyata öyrəndiyindən bir çox sosial çətinliklərə dözür. Sovet dövründə də Cənubi Qafqaz xalqları, digər ittifaq respublikaları arasında reallıqda ən aşağı həyat səviyyəsi bizdə idi. Sərhəd bölgəsində yaşayan bir çox insanlar qonşu respublikalardan bazarlıq edirdi. Tələbə vaxtı bizə bir kilo yağ, bir kilo ət talonla satılırdı. Ət də çox vaxt köhnə və keyfiyyətsiz olurdu. Bir dəfə tələbə dostlarımızdan biri ilə Ukraynadan qayıdarkən bir qutu (20kq) yağ aldıq, amma hava limanında əlimizdən aldılar, pulunu da qaytarmadılar. Xalqımızın bazar iqtisadiyyatına əsaslanan, demokratik, hüquqi dövlət qurmaq potensialı zəifdir. Yaxşı ki, aparılan düzgün, balanslaşdırılmış xarici siyasət Azərbaycanda marağı olan böyük gücləri ölkəmizdə sabitliyi pozmaqda maraqlı etmir. Ölkəmizin gələcəyi xalqımızın iradəsindən və inkişaf səviyyəsindən yox, iqtidarın yürütdüyü siyasətdən asılıdır. Ukraynadakı müharibənin və Türkiyədəki siyasi proseslərin gedişinindən asılı olaraq bizdə də müəyyən siyasi canlanma müşahidə olunmaqdadır. Bəziləri geosiyasi proseslərin iqtidarın xeyrinə cərəyan etmədiyini düşünüb Qərbin təmsilçiləri ilə gizli əlaqələr qurur, təmsil olunduğu düşərgəni tərk etməyə çalışır. İqtidara yaxınlığı ilə seçilən mötədil siyasilər radikallaşır, utanmadan əks düşərgəyə reveranslar edirlər və s. Onları ölkənin yox, öz gələcəkləri düşündürür. Düşünürəm iqtidar fərqindədir ki, Qarabağ üzərində dövlət suverenliyini qısa müddətdə bərpa edib ciddi iqtisadi və hüquqi islahatlara başlamaq lazımdır. Buna görə cəzalandırılacağımız, ölkəmizin böyük risklərlə üz-üzə qalacağı ehtimalı çox azdır. İqtisadiyyatın enerji satışından asılılığına son qoyulmalı, sənaye və kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bunun üçün isə sahibkarı məmurdan qoruya bilən güclü məhkəmə, əlverişli investisiya və biznes mühiti yaradılmalıdır. Büdcə gəlirlərinin artırılması vətəndaşlardan müxtəlif adlarla və yollarla daha çox pul qoparmaq hesabına olmamalıdır. Yeni iş yerlərinin açılması, istehsal və emal müəssiələrinin yaradılması hesabına olmalıdır.

Xərclərin azaldılması isə pensiya və müavinət alanların sayının azaldılması hesabına yox, idarəetmə xərclərinin azaldılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət sifarişləri zamanı şəffaflığın təmin edilməsi, strateji sahələrin özəlləşdirilməsi, dövlət inhisarçılığına son qoyulması hesabına olamalıdır. Hesab edirəm ölkəmizdə sabitlik barədə vətəndaş razılığının olması, əlverişli geosiyasi vəziyyət tədrici və böyük islahatlara başlamaq üçün əlverişli şərait yaratmışdır.

Previous Post

“Xankəndində antiterror əməliyyatı keçirilməsə, Qarabağın heç bir erməni sakini qorxusundan Azərbaycanın vətəndaşlığını qəbul etməyəcək”

Next Post

“Formula 1”: Niderlandlı pilot uğursuzluqla üzləşdi

Bənzər yazılar

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

Next Post
“Formula 1”: Niderlandlı pilot uğursuzluqla üzləşdi

“Formula 1”: Niderlandlı pilot uğursuzluqla üzləşdi

“Formula 1”: Niderlandlı pilot uğursuzluqla üzləşdi

“Formula 1”: Niderlandlı pilot uğursuzluqla üzləşdi

Son xəbərlər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

30 Oktyabr 2026 - 17:14
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

30 Oktyabr 2026 - 17:07
Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

30 Oktyabr 2026 - 16:58
Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

30 Oktyabr 2026 - 16:45
FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36
Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

30 Oktyabr 2026 - 16:21
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16
“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09
Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

30 Oktyabr 2026 - 16:01
FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.