Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçı-terrorçu dəstəsinin “parlament sədri” Artur Tovmasyan “istefa” verəcək.
Elchi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Tovmasyan bildirib ki, istefasını sabah elan edəcək:
“Öz şəxsi qərarımla siyasi məsuliyyəti üzərimə götürərək, “artsaxın milli məclisinin sədri” vəzifəsindən istefa verirəm. Son nəfəsimə qədər Ermənistana və Qarabağa xidmət edəcəm”.
Qeyd edək ki, istefa verməsinin “hansı siyasi məsuliyyətini” doğurduğu barıdı Tovmasyan heç nə yazmayıb.
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...





















Son şərhlər