"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Xameneinin “danışıqlar qadağandır”ı – oyun davam edir – ŞƏRH

08 Oktyabr 2015 - 18:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Bu qadağanı İranın Qərbdən tam imtinası saymaq olmaz Ötən gün dünya və bölgə ictimaiyyəti üçün gözlənilməz iki olay baş verib: onlardan biri Rusiyanın Xəzər dənizindəki “neytral sular”dan Suriyanın ərazisinə raket zərbələri endirməsi, o biri isə İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin İslam Respublikası ilə ABŞ arasında danışıqları qadağan etməsidir.

Biz ikincidən danışacağıq. Çünki bu bəyanatın Suriyaya da aidiyyəti var.

Xatırladaq ki, ötən gün ayətullah Xamenei İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Dəniz Qüvvələri komandanları və onların ailələri ilə görüşdə bildirib ki, amerikalılar danışıqlar yolu ilə İrana nüfuz etmək yolunu açmaq, öz istəklərini xalqa qəbul etdirmək məqsədi güdür. Bu danışıqlar Vaşinqtona ölkənin daxili siyasətinə təsir göstərmək imkanı qazandırır. Onun sözlərinə görə, bu qadağanın İranın nüvə proqramı ilə bağlı danışıqlara da tətbiq ediləcəyi istisna edilmir. İranın ali rəhbəri ABŞ-la danışıqların heç bir faydasının olmayacağını da vurğulayıb.

Ayətullah Seyid Əli Xamenei hətta bütün İslam dünyasına qarşı “dağıdıcı siyasi kursa malik” ABŞ-la danışıqlar aparmağa da qadağa qoyub.

Onun beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti isə məsələyə belə münasibət bildirib: “İran müstəqil və güclü dövlətdir. Belə olan halda ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymuruq”.

Bir müddət öncə Xamenei ölkəsinə tətbiq edilən sanksiyaların dayandırılmasını deyil, bütünlükdə ləğv edilməsi tələbini irəli sürmüşdü.

Son bir ayda İranın ali lideri ABŞ-ın bölgədəki müttəfiqlərinə qarşı da sərt bəyanatlar verib. Səudiyyə Ərəbsitanında Həcc ziyarəti zamanı baş verən faciədən sonra o, Səudiyyə Ərəbistanını kəskin tənqid edib. İş o yerə çatdı ki, həmin hadisə zamanı həyatını itirənlərin meyitləri krallıqdan İrana gətirilib və orada dəfn edilib. Ancaq inanclı insanlar hər hansı səbəbdən Məkkədə ölərkən müqəddəs torpaqlarda dəfn olunmağı arzu və vəsiyyət edirlər.

Bundan başqa, bir neçə gün əvvəl Xamenei bildirmişdi: “Hər şeydən əvvəl mən demək istəyirəm ki, inşaallah, 25 ildən sonra sionist rejim (İranda hakimiyyət İsraili belə adlandırır – “Report”) olmayacaq”. Bununla da ABŞ-ın Yaxın Şərqdəki ən etibarlı müttəfiqini özünəməxsus şəkildə hədələyib.

Qeyd edək ki, son iki ildə Vaşinqton-Tehran danışıqları daha intensiv xarakter alıb. Hətta ABŞ və İran rəsmilərinin keçirdiyi çoxsaylı görüşlərdə təkcə Tehranın atom proqramının müzakirə olunmadığı haqda da məlumat yayılırdı.

Xamenei bu sayaq məlumatlara və yanaşmalara son qoymaq üçün demişdi: “Biz müəyyən səbəblərdən ABŞ-la yalnız nüvə sazişi üzrə danışıqların aparılmasına imkan vermişik, ancaq biz başqa məsələlər üzrə danışıqlar aparmayacağıq”.

Əslində, bunun kimə ünvanlandığı da sirr deyil. Tehranın Rusiya və Bəşşar Əsədə “birlikdəyik” mesajını verdiyini ehtimal etmək olar.

İranın ali rəhbərinin ABŞ-la danışıqları yasaqlaması fikrimizcə, son zamanlar Rusiyanın Suriya məsələsində fəallaşması ilə də bağlıdır.

İran atom məsələsində ABŞ başda olmaqla Qərblə razılaşarsa, o zaman müttəfiqi, Ukraynanın şərqində baş verənlərə görə sanksiyalara məruz qalan Rusiya ilə münasibəti hansı səviyyədə saxlayacaq?

Bundan başqa, Moskva ilə Tehranı Suriyada birləşdirən amillərdən biri də Bəşşar Əsəddir. Eyni zamanda, on ildən artıqdır ki, Moskva atom proqramı məsələsində Tehranı müdafiə edir.

Düzdür, Rusiya BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalı qətnamələrin hamısının lehinə da səs verib. Ancaq bütün hallarda Kreml onu dəstəkləməkdən əl çəkməyib.

İran bölgədəki müəyyən mövcud üstünlüklərini əldən vermək istəmir. Onun bunu heç müttəfiqi Rusiyaya da güzəştə gedəcəyi inandırıcı görünmür. Bu baxımdan Tehranın vəziyyəti heç də arzuolunan deyil.

O biri yandan isə İran hakimiyyəti Suriya məsələsində mövqeyinə yenidən baxmağa sövq edilir.

Xameneinin bəyanatı deməyə əsas verir ki, Suriyada Rusiya haradadırsa, İran da oradadır. Odur ki, Suriyada Rusiyaya pay verilərsə, o zaman İran da öz hesabını oradan götürmək istəyir.

Bəyanatın başqa tərəfi isə Qərbə təzyiq xarakteri daşıyır. Qərb və müttəfiqləri İran və Rusiyanı Bəşşar Əsəddən əl çəkməyə çağırır. Tehran isə öz mövqeyindən əl çəkməyəcəyini bəyan edir.

İslam Respublikası Suriya ilə bağlı tutduğu mövqeyə görə tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyindən ehtiyatlanır. Ona görə də bəri başdan qarşı tərəfə bu yolla mesajını göndərir – “danışıqları dayandıra bilərəm”.

Nəzərə almaq lazımdır ki, ABŞ Senatı “altılıq”la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) İran arasında İslam Respublikasının atom proqramı üzrə razılaşmanı hələ təsdiqləməyib. Bundan başqa, BMT Təhlükəsizlik Şurası da İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyib.

Yeri gəlmişkən, atom proqramı ilə bağlı razılaşmanı İranda əhali böyük sevinclə qarşıladı. Cəmiyyət bununla həm də Qərblə yaxınlaşmaq istəyini nümayiş etdirdi.

Xameneinin qadağasında cəmiyyətin həmin hissəsi də nəzərdə tutulub. Onlar dünya ilə əməkdaşlıq tərəfdarlarıdır. Belə əməkdaşlığı isə hakimiyət müsbət qarşılamır.

Xameneinin bəhs etdiyimiz bəyanatı Qərblə İran arasında atom proqramından sonra Yaxın Şərq üzrə problemləri də müzakirə edəcəyini ehtimal etməyə əsas verir. Ancaq bu qadağanı İranın Qərbdən tam imtinası kimi də saymaq olmaz. Hər halda oyun davam edir, yeni mövzular ortaya çıxır.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Xameneinin “danışıqlar qadağandır”ı – oyun davam edir – ŞƏRH

Next Post

Donuzlar insan üçün orqan donoru olacaq

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Donuzlar insan üçün orqan donoru olacaq

İcbari tibbi sığorta gələn ildən tətbiq olunacaq

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.