Ölkədəki son iğtişaşlar ABŞ və sionist rejim tərəfindən planlaşdırılıb.
Elchi.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.
“Mən birbaşa deyirəm ki, bu iğtişaşlar və təhlükəsizlik problemləri ABŞ-ın, işğalçı və saxta sionist rejimin planıdır. Xaricdəki bəzi xəyanətkar iranlılar onlara kömək etdilər”, – Xamenei deyib.
Xameneinin sözlərinə görə, qızın ölümü (Məhsa Əmini) bədbəxt hadisə olub və insanlar rəsmi araşdırmanın nəticəsini gözləmədən hadisəyə şiddətli reaksiya verməməli idilər.
ABŞ-ın Fələstinə veto qoymasına Çinin sərt reaksiyası
Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlük müraciətinin ABŞ-ın vetosuna görə rədd edilməsinə reaksiya verərək, Yaxın Şərqdə daimi sülhün...