"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

«Xalqın səsi Tanrının səsidir»

24 İyun 2023 - 09:43
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qudrət Həsənquliyev: «İnkişafa yol açacaq islahatlar üçün cəmiyyətdə dinamik sabitliyin olması çox vacibdir»

Bunu da oxuyun

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edirik

– Qüdrət bəy, Laçından Ermənistana sərhəd keçid məntəqəsinin bağlanması ölkəmiz üçün hansısa mənfi nəticələr doğura bilərmi?

– Narahat olmağa dəyməz, İlham Əliyev nə etdiyini yaxşı bilir. Ermənistan 10 noyabr sazişi üzrə öhdəliklərini yerinə yetirmir. Əgər ciddi qərarlar qəbul etməsək Ermənistan danışıqları sonsuzluğa qədər uzatmaqla Qarabağdakı mövcud status-kvonu qorumağa və seperatçı rejimin Rusiyanın himayəsi altında de-fakto «müstəqilliyini» təmin etməyə çalışacaq. Yolun bağlanması barədə qəbul olunmuş qərarı xalqımız tam müdafiə edir. Ermənistan tezliklə öhdəliklərini yerinə yetirməsə növbəti qərarlar qəbul olunmalı, Ermənistandan gələn internet, qaz və elektrik xətləri kəsilib Azərbaycanın müvafiq şəbəkələrinə qoşulmalıdır. Azərbaycan dünyaya bir daha bəyan etməlidir ki, Qarabağ ermənilərinin bütün təchizatını öz üzərinə götürür. Bundan sonra Ermənistan hərbi birləşmələrinin tərkisilah olunması üçün Qarabağda antiterror əməliyyatı keçirilməli, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Xankəndidə dövlət hakimiyyəti və yerli özünüidarə orqanları formalaşdırılmalıdir.

– Gədəbəydə baş verən hadisələrə də münasibətinizi bilmək istrədik…

– Gözəl ifadə olunmuş və çox bəyəndiyim bir fikir var: «Xalqın səsi Tanrının səsidir’. Hökumət yerli sakinlərin şikayətlərini ciddi araşdırmalıdır. Etiraz etmək onların hüququdur. Baş nazir tərəfiindən yaradılmış komissiya ümid edirəm bəzi məsələlərə aydınlıq gətirəcək. Amma bu komissiya obyektiv həqiqətin üzə çıxarılması üçün yetərli deyil. Söyüdlü kəndində baş vermiş ölüm hadisələri ilə qızıl emal edən şirkət tərəfindən zəhərli maddələrin təbiətə axıdılması arasında səbəbli əlaqənin olmasını araşdırmaq üçün tibbi ekspertiza komissiyası da yaradılmalıdır. Şirkət zəhərli maddələri təmizləmədən təbiətə axıtmaqla Azərbaycanın qanunlarını pozubsa, buna görə məsuliyyətə cəlb olunmalı və qısa müddətdə yeni texnologiyalar tətbiq etməzsə həmin şirkətin milliləşdirilməsi məsələsinə baxılmalıdır. Vətəndaşlar şirkətin günahından həyatlarını itiribsə onların yaxınlarına, o cümlədən sağlamlığını və mal-heyvanını itirənlərə ədalətli şəkildə kompensasiya ödənilməlidir. Yox, vətəndaşlara, onların mal-qarasına şirkətin fəaliyyətinin nəticəsi olaraq ziyan vurulmayıbsa nüfuzlu ekspert rəyləri ilə onları buna inandırmaq lazımdır.

Hadisələr zamanı polis və yerli sakinlər arasında qarşılıqlı zəmində baş vermiş zorakılıq çox üzücüdür. Biz hər cür zorakılığa qarşı olmalı, onu pisləməliyik. O da üzücüdür ki, polisi daşlayanlar ictimai qınaqdan kənarda qalıb. Hadisələr növbəti dəfə göstərdi ki, siyasi vəzifələrə siyasətçilər təyin olunmayanda ekstremal şəraitdə onlar öz üzərinə düşən işlərin öhdəsindən gələ bilmir və polis müdaxiləsinə ehtiyac yaranır. Vətndaşlar nəzərə almalıdır ki, polisin də içərisində vəziyyyəti daha da gərginləşdirmək üçün təxribatçılar və ya təhqirlərə dözümlə yanaşa bilməyən, zorakılığa meyilli insanlar ola bilər. Hər cür müqayisə qüsurlu olsa da həqiqət naminə bir misal çəkim. Hər kəs internetdə «police brutality in the US» yazıb axtarış versə görər ki, 1980-2018-ci illərdə polis zorakılığı nəticəsində ABŞ-da 30 min insan qətlə yetirilib. Yalnız keçən il, 2022-ci ildə 1176 nəfər polis zorakılığının qurbanı olub, öldürülüb. Qoy hər kəs bu rəqəmlər üzərində düşünsün və ölkəmizlə müqayisə etsin.

Əlbəttə, DİN daxili araşdırmanı tezliklə başa çatdırıb soyuqqanlı olmağı bacarmayan, aşırı güc tətbiq edən əməkdaşlarını müəyyən edib məsuliyyətə cəlb etməlidir. İnanıram ki belə də olacaq. Ağıllı insanlar hər böhranı yeni bir başlanğıc üçün şans kimi qəbul edir. Müvafiq dövlət orqanları da öz fəaliyyətlərinə bu prizmadan baxmalıdırlar.

Aranı qarışdırıb sabitliyi pozmaqla nələrəsə nail olmaq istəyənləri isə qınamalıyıq. Xalq olaraq əldə etdiklərimizi qoruyub saxlamqla yuxarıdan islahatlar yolu ilə irəli getməliyik. Biz torpaqlarımızı işğaldan tam azad etmək ərəfəsindəyik və çətinliklərə baxmayaraq məhz buna görə tariximizin ən şanlı dövrünü yaşayırıq. Kənardan çalınmış fitlə yersiz çığır-bağır edib hay-küy salanlar isə növbəti dəfə xəyal qırıqlığına uğrayacaqlar. Prezidentə, DİN-ə, DTX-ya, Prokurorluğa qarşı aparılan sistemli gözdənsalma kampaniyası xalqımız tərəfindən dəstəklənmir. İnsanlar başa düşürlər ki, icitimai və dövlət həyatımızın bütün sahələrində problemlər var və həmin problemlərin bir çoxu cəmiyyətin inkişaf səviyyəsinə, xalqımızın hələ də qurtara bilmədiyi pis vərdişlərə, ənənələrə bağlıdır. Həm də elə bir ölkə yoxdur ki, az və ya çox olmasından asılı olmayaraq oxşar problemlərlə üzləşməsin. Nöqsanlar tənqid olunsa da xalqımız həmin dövlət orqanlarının ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi istiqamətindəki fəaliyyətlərini qiymətləndirməyi bacarır. İnkişafa yol açacaq islahatlar üçün cəmiyyətdə dinamik sabitliyin olması çox vacibdir. Həmin orqanlar da xalqın onlara olan etimadını layiqincə qiymətləndirməli, öz fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.

Previous Post

«Xalqın səsi Tanrının səsidir»

Next Post

Putin xalqa müraciət edəcək

Bənzər yazılar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

18 Avqust 2026 - 15:33

Azərbaycanda avqustun 19-da 37 dərəcə isti olacaq. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və...

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında daha bir ölkəni təhdid etdi. Tramp, fəaliyyətlərinin qarşısının alınacağı təqdirdə...

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında İranda bəzi millətçi qrupların Xəzər dənizinin adının dəyişdirilməsi ilə...

Next Post
Putin xalqa müraciət edəcək

Putin xalqa müraciət edəcək

Putin xalqa müraciət edəcək

Putin xalqa müraciət edəcək

Son xəbərlər

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

18 Avqust 2026 - 15:33
Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar

18 Avqust 2026 - 15:30
Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

18 Avqust 2026 - 15:28
QƏLƏBƏYƏ GƏLƏN YOLUN QADIN SİMASI: MEHRİBAN ƏLİYEVANIN DÖVLƏTÇİLİK MİSSİYASI – Zahid Orucdan salnamə kimi məqalə

QƏLƏBƏYƏ GƏLƏN YOLUN QADIN SİMASI: MEHRİBAN ƏLİYEVANIN DÖVLƏTÇİLİK MİSSİYASI – Zahid Orucdan salnamə kimi məqalə

18 Avqust 2026 - 14:28
Sabah hava necə olacaq?

Sabah 37 dərəcə isti olacaq

18 Avqust 2026 - 12:29
Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

18 Avqust 2026 - 12:17
Baş nazir qərar imzaladı

Müdafiə Nazirliyinin mülki işçilərinin əməyinin ödənilməsi qaydası təsdiqləndi

18 Avqust 2026 - 12:08
Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

18 Avqust 2026 - 11:55
İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

18 Avqust 2026 - 11:49
Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

18 Avqust 2026 - 11:34
İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

18 Avqust 2026 - 11:25
Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

18 Avqust 2026 - 11:17
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

18 Avqust 2026 - 11:09
ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

18 Avqust 2026 - 10:46
Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

18 Avqust 2026 - 10:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.