"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Xaçatryan buna görə cavab verməlidir! – ermənilərə cavab

25 Avqust 2023 - 15:00
in MÖVQE
FacebookVatsap

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Azərbaycan QAC) Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verib.

Bunu da oxuyun

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Bu barədə Elchi.az-a Azərbaycan QAC-dan məlumat verilib.

Bildirilib ki, Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Azərbaycan QAC) bəyanatına qərəzli cavabı böyük təəssüf hissi doğurub:

“Çünki, qayəsi humanizm prinsipinə söykənən Azərbaycan QAC-ın bəyanatı Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımların çatdırılmasını ehtiva etdiyi halda, Ermənistan QXC-nin qeyri-adekvat reaksiyası anlaşılan deyil. Onların söylədiklərinin əksinə olaraq, Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini, xüsusilə neytrallıq, qərəzsizlik və vahidlik prinsipinə tam riayət edərək heç bir siyasi niyyət güdmədən Azərbaycan QAC-ın nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq ehtiyacı olan insanlara yardım niyyətini ortaya qoymuşdur. Bu kateqoriyadan olan şəxslərə humanitar yardımın göstərilməsi haqqında bəyanatla çıxış etmək və mövqe bildirmək bizim mandatımıza tam uyğundur və Hərəkatın prinsiplərinə zidd deyildir. Bu hərəkət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsip və dəyərlərinin pozulması demək deyildir, əksinə, insanlığa xidmət edir. Biz bu bəyanatımızla Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə ehtiyacı olan insanlara yardım göstərməyə hazır olduğumuzu bildirmişik. Maraqlıdır, görəsən burada hansı qanun pozuntusu vardır?! Digər tərəfdən, Azərbaycan QAC respublikanın bütün ərazisində, o cümlədən, Qarabağ iqtisadi rayonunda istənilən humanitar missiyanı həyata keçirməyə tam səlahiyyətlidir, bunun üçün heç kimdən icazə almağa lüzum yoxdur.

Ermənistan QXC-nın Vaqif Xaçatryanla bağlı mövqeyinə gəlincə, onu qeyd etməyi özümüzə borc bilirik ki, V.Xaçatryan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində günahsız mülki insanları – uşaq, qadın, qocaları qətlə yetirmiş, hərbi cinayətlərdə birbaşa iştirak etmişdir. V.Xaçatryan insanlığa zidd olan cinayətlərinə görə cavab verməlidir. Belə bir terrorçunun, qatilin Ermənistan QXC tərəfindən dəstəklənməsi təəssüf doğurur. Bu, tamamilə Cenevrə Konvensiyalarına ziddir.

Ermənistan QXC tərəfindən Laçın yolu ilə bağlı söylənilən fikirlər reallığı əks etdirmir. Müşahidələrimiz onu deməyə əsas verir ki, bölgədə heç bir “humanitar böhran” yoxdur. Əgər belə bir hal olsaydı, Ermənistan QXC bizim bu xoş niyyətimizi alqışlayar, Beynəlxalq Qızıl Xaç Komitəsi yardımların Ağdam-Xankəndi yolu ilə çatdırılmasını təmin edə bilərdi. Əsassız fikirlərin səsləndirilməsi sadəcə çaşqınlıq salmağa xidmət edir.

Ermənistan QXC-nin bəyanatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edilməsinə gəldikdə isə, Azərbaycan Respublikası tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması onun öz sərhədləri daxilində suveren hüquqlarının qorunmasına xidmət edir. Hal-hazırda erməni sakinlər Xankəndidən Ermənistana və geriyə maneəsiz hərəkət edirlər. Erməni sakinlər üçün heç bir məhdudiyyət yoxdur. Müsahibələri zamanı onlar öz məmnunluqlarını dəfələrlə bildirmişlər.

Ermənistan QXC-nin cavab məktubu bizdə belə bir şübhə yaradır ki, o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının humanitar prinsiplərinə zidd olaraq siyasətə qarışır və Ermənistan hökumətinin əlində bir alətə çevrilmək təhlükəsi ilə üzləşib. 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, həm Ermənistandan, həm də Azərbaycanın Qarabağ bölgəsindən bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın qətlə yetirilməsi, tarixi, mədəni və dini abidlərin məhv edilməsi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməməsi və s. barədə indiyədək heç bir bəyanat verməyən, mövqe bildirməyən Ermənistan QXC-nin bu bəyanatı bizdə haqlı olaraq təəssüf və təəccüb hissi doğurur.

Ermənistan Qızıl Xaç Cəmiyyətinə məsləhət görürük ki, yazdıqları bəyanat, səsləndirdikləri ifadə və fikirlərdə dəqiq, məsuliyyətli olsunlar, tərəfsizlik, qərəzsizlik nümayiş etdirsinlər. Siyasi proseslərin, siyasi avantüranın alətinə çevrilməsinlər. Bu bəyanatı qəbul edərkən, yaxşı olardı ki, Ermənistan QXC Azərbaycan QAC-ın məlum bəyanatını diqqətlə nəzərdən keçirərdi. O halda qəbul etdikləri bəyanatda yoxlanılmamış, dəqiq olmayan qərəzli fikirlərə yol verməz, qarşı tərəfi haqsız günahlandırmazdılar. Bir daha təkrar edirik, Azərbaycan QAC-ın bu bəyanatı verməkdə məqsədi həqiqi yardıma ehtiyacı olan insanlara təcili, təxirə salmadan humanitar yardım göstərməyə hazır olduğumuzu bildirmək olmuşdur. Bu, birbaşa missiyamızdır.

Ermənistan QXC-nin başqa bir dövlətin ərazisində olan məsələlərlə əlaqəli fikir bildirməsi sual doğurur. Bu məsələlər onların mandatına və missiyasına aid deyil. Həm də başqa bir Milli cəmiyyətin işinə kobud müdaxilədir. Yaxşı olar ki, Ermənistan QXC öz ərazisində olan humanitar məsələrin həllinə zaman ayırsın.

Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır. Belə ki , həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyildir. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir.

Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla -Beynalxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq.

Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”.

Previous Post

Xaçatryan buna görə cavab verməlidir! – ermənilərə cavab

Next Post

Putinin reytinqi şok etdi

Bənzər yazılar

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

11 Noyabr 2026 - 10:28

Xarici işlər naziri Sıbiha: G7 liderləri Putin və Zelenski arasındakı görüşü sülhə aparan əsas amil hesab edirlər. Elchi.az xəbər verir...

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

06 Noyabr 2026 - 12:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmin olduğunu bildirib. Elchi.az xəbər verir ki,...

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

05 Noyabr 2026 - 12:03

Seçkilərdəki ağır məğlubiyyətdən sonra ABŞ-ın vitse-prezidenti seçilmiş Cey Di Vens (JD Vance) Donald Trampa qarşı qəti bir çağırış etdi. Seçki...

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Next Post
Putinin reytinqi şok etdi

Putinin reytinqi şok etdi

ABŞ gizli şəkildə İrana qarşı sanksiyaları yumşaldır

ABŞ gizli şəkildə İrana qarşı sanksiyaları yumşaldır

Son xəbərlər

Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

12 Noyabr 2026 - 10:27
Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

12 Noyabr 2026 - 10:15
Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

12 Noyabr 2026 - 10:09
Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

12 Noyabr 2026 - 09:59
FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

12 Noyabr 2026 - 09:47
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

12 Noyabr 2026 - 09:34
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

12 Noyabr 2026 - 09:26

Bu günün valyuta məzənnələri

12 Noyabr 2026 - 09:20
Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

12 Noyabr 2026 - 09:11
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

12 Noyabr 2026 - 09:04
Kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub

Kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub

12 Noyabr 2026 - 09:00
Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

11 Noyabr 2026 - 23:47
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43
“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

11 Noyabr 2026 - 21:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.