Sahib Aliyev
ndi bütün dünya bundan danışır -Türkiyənin Rusiya təyyarəsini vurmasından. Hər bir ölkənin onun hava sərhəddini pozan hərbi təyyarəni vurmaq haqqı var. Türkiyə dəfələrə xəbərdarlıqdan sonra belə bir addım atıb. Rusiya təyyarəsinin vurulmasını cavabsız qoymayacağını deyir. Ancaq mənə elə gəlir ki, bəzi quzğunların bu insidenti casus belliyə çevirmək çağırışları elə çağırış olaraq da qalacaq. Çünki hər iki dövlətin soyuqqanlı davranmalarını şərtləndirən xeyli faktorlar var.
Türkiyə Yaxın Şərqədki proseslərdə oyunçu yox, oyuna cəlb edilmiş ölkədir. Rəsmi Ankara bu cəlb edilmənin ona hansı dvidentləri gətirdiyinin üzərində bir daha oturub düşünməlidir. Bəli, Bayır-Bucaq türkmənləri qorunmalıdır, ona söz yox. Ancaq türkmənlərin qorunmasının tək yolu Əsədin devirilməsidirmi? Və Əsədin getməsini istəyən digər qüvvələr türkmənlərin qorunması məsələsində nə dərəcədə Türkiyəni dəstəkləyirlər? Məsələ bundadır.
Bir məsələyə də diqqət yetirilməlidir ki, nədənsə Krımın zülmətə qərq olmasıyla, rus təyyarəsinin vurulması eyni günlərdə baş verir. Və Krımın zülmətə qərq olmasının səbəbkarları kimi tatarlar göstərilirlər. Doğrudanmı krım tatarları yüksək gərginlikli elektirk xəttini sıradan çıxarmaqla yanaşı, onun təmir edilməsinin qarşısını alacaq, kimsəni olay yerinə yaxın buraxmayacaq qədər güclüdürlər və bunu təkbaşına edirlər?
Fikrimcə, Qərblə Rusiya arasında gedən indiki geosiyasi çəkişmədə bəlli güclər yeni bir türk-rus cəbhəsi açmaq niyyəti güdürlər. Regionun iki böyük dövlətinin bir-birilə qovğaya girməsi, nə onların özlərinə, nə bütünlükdə regiona yaxşı heç nə vəd etmir. Hiss olunur ki, hər iki ölkədə bunun fərqində olanlar az deyil və İndi ümid onadır ki, həm Rusiya, həm də Türkiyə böyük dövlətçilik təcrübələrinə dayanaraq gərəksiz qarşıdurmalara getməyəcəklər.
Azərbaycan qardaş Türkiyə ilə Rusiyanın dost və tərəfdaş olmalarından yanadır, düşmən yox. Bu düşmənçilik ermənilərə, bir də bulannıq suda balıq tutmaq istəyən qüvvələrə lazımdır.