Alimlər xərçəngi əvvəlki vasitələrdən daha yüksək dəqiqliklə aşkar edən süni intellekt aləti hazırlayıblar.
Xərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir.
Elchi.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan xərçəngdən ölür, ancaq erkən diaqnoz və müalicə həyat qurtara bilər.
İndi isə xərçəngi aşkar etmək üçün yeni süni intellekt vasitəsinin istifadə oluna biləcəyi açıqlanıb.
İngiltərədəki Xərçəng Araşdırma İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış süni intellekt vasitəsi kompüter tomoqrafiyasında görünən anormal böyümələrin xərçəngdən qaynaqlandığını müəyyən edə bilir.
4 sualda xərçəng
Lancet-in eBioMedicine jurnalında dərc edilən araşdırmaya görə, sözügedən alqoritm mövcud metodlardan daha səmərəli işləyir.
Royal Marsden’in Dr. Benjamin Hunter gələcəkdə bu üsulun erkən diaqnozu asanlaşdıra biləcəyini və erkən müdaxilə ilə müalicədə daha müvəffəqiyyətli ola biləcəyini vurğuladı.
Şayəstə Hüseynova