"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Xədicə İsmayılovanın həbsi və çalxalanan Amerika…

06 Yanvar 2015 - 09:11
in FLƏŞ
FacebookVatsap

Azadlıq Radiosunun keçmiş rəhbəri Ceffri Qodmin xanım İsmayılovanın həbsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsiniimg1716324 suçlayıb; Bakıdan reaksiya: “Qodminin bu məqaləsi sensasiyaya xidmət edir”

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

AzadlıqRadiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) günahlandırıb. “Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqalədə deyilir ki, X.İsmayıl və həmkarlarına qarşı ittihamlara görə, onlar əslində jurnalistlər yox, MKİ agentləridir.
“Bu, tamamilə cəfəngiyyatdır. Bununla belə, təəssüflər olsun ki, Amerika da bu bəhanənin irəli sürülməsinə kömək edib. Buna son qoyulmalıdır” -deyə C.Qodmin yazır.
Virtualaz.org saytının verdiyi xəbərə görə, məqalənin altında C.Qodminlə yanaşı, Boston kollecinin tələbəsi, ictimai diplomatiya və ABŞ-ın xaricdəki imici üzrə araşdırmaların müəllifi Marta Baylesin də imzası var.
Məqalədə deyilir ki, AzadlıqRadiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsi MKİ-dən gizli həyata keçirilirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə Konqres AzadlıqRadiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi.
“Bu gün özəl KİV sektorunda AzadlıqRadiosunu ABŞ hökumətinin aləti hesab etmək tendensiyası var. Bu, ironiyadır. Çünki AzadlıqRadiosu hökumətdən məsafə saxlamaq prinsipinə sadiqdir. Ancaq bu, daha geniş sual meydana çıxarır. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri “verbovka” etməlidirmi?” – deyə müəllif sual edir.
C.Qodmin yazır ki, Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin “verbovka” olunması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi belə görünür ki, 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər.
Müəllif yazır ki, bundan 20 il sonra – 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə etdilər.
O vaxtdan bu yana məsələ açıq qalır. Qismən də ona görə ki, MKİ bu praktikadan tamamilə imtina etdiyini açıq şəkildə elan etmir. Və amerikalılar bu imkandan zarafat üçün də yararlanırlar. Məsələn, “Sony Production” şirkətinin çəkdiyi “Müsahibə” filmində televiziya tok-şousunun aparıcısı və onun prodüseri MKİ tərəfindən Şimali Koreya lideri Kim Çen Inı öldürmık üçün “verbovka” olunur.
“Ən azından iki səbəb var ki, MKİ, nəhayət, jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir. Birincisi, bu praktika bitərəf jurnalistikanı təhlükəli edir. 1985-ci ildə ”Hizbullah” tərəfindən əsir götürülən “Assoşieyted press” reportyoru Terri Andersondan soruşun. Onu MKİ agenti olmaqda ittiham edirdilər. 1991-ci ildə azad olunandan sonra Anderson televiziya verilişləri ilə casusluq arasında fərqlərə qarşı açıq şəkildə çıxış edirdi.
Bu, o demək deyil ki, əgər MKİ-nin siyasəti daha az dumanlı və problemli olsaydı, taliblər “Wall Street Journal”ın reportyoru Daniel Perli öldürməzdilər və ya Azərbaycan polisi Xədicə İsmayılı həbs etməzdi. Lakin məsələ risklərin idarə edilməsinə gələndə jurnalistlərin ələ alınmasına qadağa qoyulması pozitiv addım olacaq. Belə qadağanın olmaması Amerikanın müttəfiqlərini ona etimadına zərbə vurur və düşmənlərinin ocağına yağ tökür” – məqalədə belə deyilir.
***
Qeyd edək ki, Xədicə İsmayılla bağlı bu cür iddialar yeni deyil. Onun ölkə başçısı İlham Əliyevlə və onun ailəsi ilə bağlı araşdırma yazılarının jurnalistə ABŞ kəşfiyyatının ötürdüyü iddiası neçə vaxtdır ortadadır. Amma X.İsmayıl hər dəfə bu iddiaları təkzib edərək bildirib ki, araşdırmalar onun özünə məxsusdur.
Xatırladaq ki, ötən ilin fevralında jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılın casus hesabatı…” adlı məqaləsində bu mövzuya toxunmuşdu. Onun haqqın.az və virtualaz.org saytlarında dərc etdirdiyi həmin məqalədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı – Con Zadrozninin və Daniel Vajdiçin Bakı səfəri zamanı keçirdiyi görüşdən bəhs edilirdi. Onun iddiasına görə, tanınmış jurnalist Xədicə İsmayıl ABŞ-dan gələn həmin tədqiqatçılara Azərbaycanda hakimiyyətlə əməkdaşlıq edən tanınmış siyasətçilərin, ictimai xadimlərin siyahısını verib.
Mövzu ilə bağlı sabiq təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, jurnalistlərin kəşfiyyatla əməkdaşlığa cəlb edilməsi praktikasına rast gəlinsə də kifayət qədər riskli hesab olunur: “Hər hansı bir şəxsin və onun peşəkar fəaliyyətinin kəşfiyyatı maraqlandıran tərəfləri olmasa, bu məsələyə gedilməz. Çünki bu, riskli bir işdir. Əgər bir müddət sonra bu məsələlər aşkarlanırsa, daha bunun nəyi kəşfiyyat oldu?! Cəlb edilən hər bir şəxsin əməliyyat imkanları olmalıdır ki, məlumat əldə edə bilsin və sonradan bunu açıqladıqda bütün şübhələrdən kənarda qalsın”.
Ekspert bildirib ki, bəzi hallarda, xüsusi vəziyyətlərdə bu cür hallar olur, ancaq indiki halda konkret olaraq AzadlıqRadiosunun işi ilə bağlı nəsə demək mümkün deyil: “Jurnalist kimliyi ilə kəşfiyyatların, ayrı-ayrı dövlətlərin öz agentlərini qaynar bölgələrə, müharibə gedən nöqtələrə yerləşdirməsi təzə söhbət deyil. Burda qeyri-adi bir iş də yoxdu. Kəşfiyyat istənilən kimlikdə öz agenturasını harasa yerləşdirəcək, məlumat əldə edə bilməsi naminə bütün addımlara gedəcək. Bu, ”jurnalist” də ola bilər, “hotel bələdçisi” də, “qarson” da. AzadlıqRadiosu ilə bağlı isə hazırda istintaq gedir, hər hansı bir nəticə əldə edilərsə buna uyğun olaraq danışmaq olar. Dünya üzrə kəşfiyyatların fəaliyyətindən bəhs edən onlarla sənədli filmlər, kitablar, araşdırmalar var. Orda olan faktlar qeyri-peşəkarlar üçün sensasiya sayıla, şok yarada bilər. Fəqət həmin faktlar peşəkarları əsla təəccübləndirmir, çünki bu, kəşfiyyatın işidir…”
Konkret olaraq Qodminin iddiasına gəlincə, A.Nağıyev deyir ki, məqalədə konkret iddia və fakt yoxdur: “Birincisi, Qodmin bunu nəyə əsaslanıb deyir, məlum deyil. İkincisi, hətta belə bir hal olubsa da niyə MKİ bunu açıqlamalıdır? Üçüncüsü də odur ki, məgər kəşfiyyatla əlaqəsi olmaq, peşəsindən asılı olmayaraq öz dövləti üçün nə isə etmək şərəfsizlikdir? Lakin maliyyə və digər maraqlar müqabilində digər dövlətin maraqları üçün casusluq etmək yolverilməzdir, bu, Vətənə, dövlətə birbaşa xəyanət sayılır. Bilirsiniz, hər hansı bir şəxsi casusluqda və ya xarici xüsusi xidmət orqanları ilə əlaqədə suçlamaq böyük bir risk tələb edir, gərək sən o qədər dəqiq arqumentlərə söykənəsən ki, bunu iddia edə biləsən. Qodminin məsələsi də buna bənzəyir. Heç olmasa konkret bir fakt ortaya qoyarsa, başqa cür danışmaq olar. Düşünürəm ki, bu, növbəti bir sensasiya xarakterli yazıdır”.
***
A.Nağıyevin peşəkarlığını və təcrübəsini şübhə altına almadan qeyd etmək istərdik ki, Ceffri Qodmin kimi bir şəxsin sensasiya xatirinə bu cür ciddi iddialar ortaya qoyması, məqalə yazması heç inandırıcı görünmür. Ortada çox ciddi bir fakt var: X.İsmayılın həbsi, ardınca Azadlıq Radiosunun Bakı bürosunun qapısının prokurorluq müstəntiqləri tərəfindən möhürlənməsi təkcə ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyib, bu olaylar həm də Amerikanı, Ağ Evi qarışdırıb. Qodminin məqaləsinin son olacağı inandırıcı gəlmir. Belə çıxır ki, indən belə ABŞ-dan gözlənilməz açıqlamalar, sensasion məqalələr gəlməkdə davam edəcək.
Kənan RÖVŞƏNOĞLU
Previous Post

Xədicə İsmayılovanın həbsi və çalxalanan Amerika…

Next Post

“Brent” niyə sürətlə ucuzlaşır?

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

"Brent" niyə sürətlə ucuzlaşır?

Milli Qəhrəmanın deputat xanımından etiraflar – Foto -

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.