İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının dəftərxanası məlumat yayıb. O, orada İsrail hərbçiləri ilə həmsöhbət olub və Baş Qərargah rəisi general-leytenant Eyal Zamir də daxil olmaqla bir neçə generalın iştirakı ilə əməliyyat müşavirəsi keçirib.
“Biz zolağın 60%-nə nəzarət edirik və bu göstərici daha da artacaq, çünki bizi təhdid edən terrorçuları məhv edirik, bunu hər gün edirik. Dünən HAMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini ələ keçirdik. Şübhəsiz ki, bəzi vacib məlumatları əldə edəcəyik”, — deyə Netanyahu bildirib.
O vurğulayıb ki, İsrail qoşunları anklavın daxilindəki sözdə “sarı xətt”dən geri çəkilmək niyyətində deyil. “Biz məqsədimizə çatmaq üçün hər şey edirik: HAMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası. Qəzza bir daha İsrail üçün təhlükə yaratmayacaq. Bu məqsədə böyük ölçüdə artıq nail olunub, lakin qarşıda hələ görüləsi çox iş var və biz bunu edəcəyik”, — deyə Baş nazir qeyd edib.
Məryəm





















