“Xəzər Lənkəran” Arsenal”la qarşılaşacaq

🗓 20.07.2014 12:46 ✍️ "Elçi" qəzeti
Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın yoxlama oyunlarındakı daha bir 50184rəqibi müəyyənləşib. 

 “Qafqazinfo”nun “Apasport.az”  saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” Rusiyanın “Arsenal” klubu ilə görüşəcək. Bunu Tula təmsilçisinin rəsmi saytı açıqlayıb. Tanınmış rusiyalı futbolçu Dmitri Aleniçevin baş məşqçisi olduğu komanda “Xəzər Lənkəran”la iyulun 27-də üz-üzə gələcək.

 Qeyd edək ki, ötən mövsüm Rusiyanın I divizionunda 2-ci olan “Arsenal” bu il Premyer Liqaya yüksəlib.

 

Bənzər yazılar