Xəzər dənizində zəlzələ oldu

41

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Elchi.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:31-də 3,2 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.