“The Wall Street Journal” (WSJ) yazır ki, Çində 40 ilə yaxın fasiləsiz iqtisadi artım uzun sürən durğunluqla əvəz oluna bilər.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
WSJ-nin məlumatına görə, “Çin əsri” – Çin iqtisadiyyatının dünya iqtisadiyyatına rəhbərlik etdiyi dövr başa çatıb.
Çin onilliklər ərzində fabriklər, göydələnlər, yollar tikirdi ki, bu da ölkəni yoxsulluqdan çıxarıb və dünyanın ən böyük iqtisadiyyatına çevirib. Ancaq bu iqtisadi model özünü tükətdi, ölkə borc içində boğulur. Çinin bəzi bölgələrində körpülər və hava limanları fəaliyyətsizdir, milyonlarla mənzil boşdur və investisiyaların gəliri kəskin şəkildə aşağı düşüb.
WSJ hesab edir ki, Çin iqtisadiyyatı Yaponiyada 1990-cı illərin sonunda, daşınmaz əmlak köpüyü partladığı və illərlə deflyasiyaya səbəb olan tənəzzüldən sağ çıxa bilər. Eyni şey Çində daşınmaz əmlak bazarında da baş verə bilər. Ölkədə bir çox sahibkarlar tələbin azalması və inflyasiyanın artması səbəbindən iflas ərəfəsində idi.
ABŞ və Qərbi Avropanın iqtisadiyyatına bənzətməklə yeni inkişaf modeli vəziyyəti xilas edə bilər. WSJ hesab edir ki, Çin istehlak xərclərini və xidmətlərini stimullaşdırmaq üçün hərəkət etməlidir.
Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, Çinin ümumi borcu ABŞ-ı ötüb və 2022-ci ildə ölkənin ÜDM-nin demək olar ki, 300%-nə çatıb.
Bu arada, Çin səlahiyyətliləri və bir çox ekspertlər vurğulayırlar ki, Qərb siyasətçiləri və mediası Çinin koronavirus pandemiyasından sonra iqtisadi dirçəlişindəki çətinlikləri şişirdir. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Qərbin yanlışlığının sübutu faktlar olacaq.
Yeganə