Rusiyalı akademik, sovet planetlərarası və Ay proqramının həmmüəlliflərindən biri Mixail Marov dünən Rusiyanın Aya göndərdiyi “Luna-25” avtomatik stansiyasının qəzaya uğramasından sonra xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 90 yaşlı akademik Moskvadakı Mərkəzi Kliniki Xəstəxanadadır.
Bildirilib ki, Mixail Marov Ay missiyasının uğursuzluğuna dözə bilməyib və halı pisləşib.
“Mənim üçün bu, bəlkə də Aysal proqramımızın canlanmasını görmək üçün son ümid idi”, – akademik bildirib.
Qeyd edək ki, son 50 ildə Rusiyanın Aya göndərdiyi ilk stansiya idi.
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb
Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Avropa İttifaqı (Aİ) büdcəsinə dair verdiyi rəydə yunan Kipri tərəfindən...





















Son şərhlər