"Whatsapp"dan daha bir yenilik

🗓 09.02.2015 12:37 ✍️ "Elçi" qəzeti
"Whatsapp"dan daha bir yenilik
ytytytMesajlaşma xidmətindən "Facebook"la istifadə etmək mümkün olacaq Son zamanlar dünyanın ən məşhur mesajlaşma proqraamlarından olan "Whatsapp"dan daha bir yenilik. ANS PRESS-in məlumatına görə, artıq milyonlarla istifadəçisi olan "WhatsApp" və "Facebook"dan birlikdə istifadə etmək olacaq. Necə? Yeni xidmət "WhatsApp"a "Facebook" vasitəsilə giriş imkanı yaradacaq. İstifadəçilər alpha.whatsapp.com saytında qeydiyyatdan keçməklə "Facebook" profilinə girərək avtomatik "WhatsApp"a bağlanacaqlar. Bu sayədə onlar eyni anda həm "Facebook"a gələn xəbərləri, qeydləri, mesajları görə, həm də "WhatsApp" yazışmalarını izləyə biləcəklər. Bu, "Facebook"un "WhatsApp"ı satın aldıqdan sonra iki tədbiqi bir-birinə bağlayan ən böyük yeniliklərindən olacaq. ANS PRESS

Bənzər yazılar