"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! – XƏBƏRDARLIQ

15 Dekabr 2017 - 18:40
in CƏMİYYƏT
FacebookVatsap
 

Bu gün Azərbaycanda kifayət qədər  “Whatsapp” istifadəçiləri var. Bu şəbəkə vasitəsilə mütəmadi olaraq məlumatlar paylaşılır. Həmin məlumatların əsas hissəsini dini mövzular təşkil edir.  Məsələn, bu yaxınlarda “kim azan oxunan vaxtı mahnıya qulaq asarsa,  ölüm anında şəhadət kəliməsini gətirməyə gücü çatmaz” tipli məlumat istifadəçilər arasında sürətlə yayıldı.

Bunu da oxuyun

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

Sabah leysan yağacaq, şimşək çaxacaq

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Ümumiyyətlə “Whatsapp”da yayılan məlumatları kimin, necə göndərdiyi məlum deyil. Amma fakt odur ki, çox zaman bu informasiyaların əsası olmur. Bu cür hallar, bir növ dini gözdən salır.

Bununla bağlı  ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-aaçıqlamasında bildirib ki, qarşımıza çıxan hansısa məlumatın doğruluğunu araşdırmaq məcburiyyətindəyik:

“Texnika-texnologiya, xüsusilə də informasiya texnologiyaları inkişaf etdikcə, gündəlik məlumat bolluğunun meydana gəldiyinin şahidi oluruq. Lakin bu inkişafın müsbət tərəfi olduğu kimi mənfi tərəfləri və zərərləri də var.  Müsbət tərəflərindən biri odur ki, biz qısa zamanda ehtiyacımız olan və ya olmayan məlumatı əldə edə bilirik. Mənfi tərəfi isə odur ki, bu məlumatın nə qədər doğru və ya sağlam olduğunu bilmirik. Dini mövzuda da vəziyyət eynidir. Əgər qarşımıza çıxan bir məlumatın doğru olub-olmadığını bilmək istəyiriksə, onu araşdırmaq məcburiyyətindəyik. Dinimiz bizim mənəviyyatımız və ruhaniyyatımız üçün çox mühüm məsələdir. Bu baxımdan dini məlumatları özümüz mötəbər qaynaqlardan, sağlam mənbələrdən və etibarlı mütəxəssislərdən öyrənsək, çox yaxşı olardı. Araşdırmaq, tədqiq etmək, mütəxəssisdən soruşmaq və bunun nəticəsində qərar vermək və ya bizə gələn məlumata inanmaq daha məqsədəuyğundur. Əks təqdirdə dinə dindən olmayan çox şey qarışır və bu da öz mənfi nəticəsini göstərir”.

E.Mahmudov qeyd edib ki, din  mənəvi və insan üçün zəruri olan bir ehtiyacdır:

“Buna görə də mütləq təbliğ edilməlidir. Bu sahədə boşluğa yol vermək çox mənfi nəticələr meydana gətirir. Ona görə bu sahədə müasir dövrün tələblərinə uyğun olaraq və informasiya texnologiyalarından da istifadə edərək maarifçilik işi aparılmalıdır. Günün tələbi nədirsə, onu etməliyik. Lakin bu iş səlahiyyətli qurumlar, təlim və təhsil müəssisələri, etibarlı, savadlı kadrlar tərəfindən, etimad edilən, sağlam və mötəbər qaynaqlara müraciət edilərək yerinə yetirilsə, daha gözəl nəticələr əldə etmək mümkündür”.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, “Whatsapp” kimi şəbəkələrdə yayılan məlumatlar etibarlı deyil:

“Ümumiyyətlə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Təbii ki, bu, insanların hüququdur və bundan istifadə edə bilərlər. Bu məlumatların içərisində doğru-dürüst məlumatlar da ola bilər, yanlış da. Təəssüf ki, bu gün istər sosial şəbəkələrdə, istərsə də “Whatsapp” və digər vasitələrlə dini məlumatlar sürətlə yayılır.  Xüsusilə də bunlar “bu məlumatı paylaşmasan, səni bəla gözləyir” yaxud “məlumatı göndərsən, şad xəbər alacaqsan” tipli olur. Bir çox hallarda dini məlumatlar həqiqəti əks etdirmir. Bu, insanların inancından sui-istifadə etməkdir. Bəzən dini gözdən salmaq, insanları inanc barədə bədbinliyə düçar etmək üçün belə məlumatları kimlərsə məqsədli şəkildə paylaşa və yaya bilər”

Hacı Şahin Həsənli düşünür ki, din haqqında istənilən məlumatı səlahiyyətli şəxslərdən eşitmək daha doğru olar:

“Təbii ki, bu cür manipulyasiyalar edilir. Din hər zaman aktualdır və bu baxımdan insanların dini inanclarında istifadə edən dairələr də var. Bəzən dinin mahiyyətinə zidd olan bilgilər din adı altında təqdim olunur.

Bu halları qadağan etmək mexanizmi yoxdur. Amma insanlar oxuduqları məlumatı dəqiq təhlil etməli və məlumatın həqiqətə uyğunluğunu yoxlamalıdır. Sosial şəbəkələr ümumiyyətlə etibarlı mənbə deyil. Din haqqında istənilən məlumatı səlahiyyətlə şəxslərdən eşitmək daha doğru olar”.

Previous Post

“Whatsapp”da yayılan dini mesajlara İNANMAYIN! – XƏBƏRDARLIQ

Next Post

Evindən 100 min manatlıq seyf oğurlanan şəxs məşhur tikinti şirkətinin sahibi çıxdı

Bənzər yazılar

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Elchi.az xəbər verir...

Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37

Sabahın hava proqnozu Avqustun 30-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a...

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50

Avqustun 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, avqustun 29-u saat 11:00-a olan...

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30

Avqustun 28-də Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Elchi.az xəbər verir ki,...

Next Post

Evindən 100 min manatlıq seyf oğurlanan şəxs məşhur tikinti şirkətinin sahibi çıxdı

Evindən 100 min manatlıq seyf oğurlanan şəxs məşhur tikinti şirkətinin sahibi çıxdı

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.