Məşhur “WhatsApp” messenceri zənglərdə “IP” ünvanını qoruya biləcək. Elchi.az xəbər verir ki, “WABetaInfo” portalı məxfiliyin qorunmasına töhfə verən yeni funksiya haqqında danışıb.
“İnsanların yerinizi tapmasını çətinləşdirmək üçün bu cihazdan gələn zənglər “WhatsApp” serverləri vasitəsilə təhlükəsiz şəkildə yönləndiriləcək funksiya işə düşəcək”.
Daha əvvəl bildirilib ki, “WhatsApp”da video ilə bağlı yeni funksiya var. Bunun sayəsində istifadəçilər videoları göndərməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.
Havar Şəfiyeva