“WhatsApp” Avropa İttifaqının (Aİ) məlumat məxfiliyini pozduğuna görə 5,5 milyon avro cərimələnib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, “WhatsApp”ın baş ofisi İrlandiyada yerləşən Məlumatların Qorunması Komissiyası şirkətin istifadəçiləri şəxsi məlumatlarının istifadəsinə icazə verməyə məcbur etdiyini açıqlayıb.
Komissiya bildirilib ki, “WhatsApp” bu məlumatların xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyi təmin etmək üçün istifadə edilməsini istəyir.
“WhatsApp”ın Aİ-nin məlumat məxfiliyini pozduğunu müəyyən edən Komissiya şirkəti 5,5 milyon avro cərimələyib.
“WhatsApp” qərardan apellyasiya şikayəti verəcək
Komissiya “WhatsApp”ın 6 ay ərzində məlumat emal proseslərini Aİ məxfilik qaydalarına uyğunlaşdıracağına qərar verib.
Digər tərəfdən, WhatsApp qərara etiraz edəcəyini açıqlayıb.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumatların qaydalarını pozduğuna görə, “WhatsApp”ı 225 milyon avro cərimələmişdi.
Yeganə