Vurulan təyyarənin salonundan son görüntülər- VİDEO

🗓 18.07.2014 17:23 ✍️ "Elçi" qəzeti
Salonda kameranın yaddaşına köçürülən videonun müəllifi Amsterdamdan Malayziyaya uçan sərnişin Əli Səlimdir. YouTube-da yerləşdirilən 14 saniyəlik videonun şərh yerində yazılıb ki, görüntü uçuşdan əvvəl çəkilib. Əi Səlim onu İnstagram səhifəsinə yerləşdirib. Videoda sərnişinlər yüklərini yerbəyer edirlər. “İnstagram” səhifəsində istifadəçilərdən biri isə belə yazıb: “Allahın adı ilə... bir az həyəcanlıyam”.

Fonda yüksək səslə elan səslənir. Çox ehtimal ki, hava gəmisinin kapitanı danışır. Deyilir ki, sərnişinlərin yerləşdirilməsi başa çatır, xahiş olunur ki, mobil telefonlarınızı söndürəsiniz. 

Niderlandda psixologiya üzrə təhsil alan tələbə Əli Səlim milli bayramlarını qeyd etmək üçün evinə yollanırdı.(İnterpress.az)




Bənzər yazılar