Serbiyanın prezidenti Aleksandr Vuçiç sosial şəbəkələrdə ölkə və onun sakinləri üçün çətin günlər haqqında müəmmalı paylaşım edib. O, Serbiyanı təhdid edən təhlükələr barədə heç bir təfərrüat açıqlamasa da, yaxın günlərdə bu barədə sakinləri məlumatlandıracağına söz verib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Bu günlər Serbiya üçün çətin günlərdir. Hazırda son 48 saat ərzində hansı xəbərləri aldığımız barədə danışmaq çətindir”, – deyə Vuçiç yazıb.
Onun sözlərinə görə, əldə edilən məlumatlar həm Serbiyanın, həm də Serbiya Respublikasının həyati əhəmiyyətli milli maraqlarını birbaşa təhdid edir.
“Yaxın günlərdə mən Serbiya xalqına qarşımızda duran bütün problemlər barədə məlumat verəcəyəm. Çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, – Vuçiç əlavə edib.
Məlum olduğu kimi, Serbiyada məxfi polis məmurları həftə sonu Belqrad küçələrində avtomatlarla patrulluq ediblər. Prezident Aleksandar Vuçiç mülki geyimli polislə birlikdə paytaxtın idman obyektlərinə və ticarət mərkəzlərinə nəzarət edəcəklərini açıqlayıb.
Yeganə