Vuçiç Rusiyaya təşəkkür etdi

35

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya səfiri Aleksandr Botan-Xarçenko ilə görüşündə Kosovo və Metoxiya məsələsində Moskvanın Belqrada göstərdiyi köməyə görə təşəkkür edib.

Elchi.az xəbər verir ki, bu barədə Serbiya prezidentinin mətbuat xidmətindən bildirilib.

“Prezident Vuçiç bir daha Serbiyanın regionda sülh və sabitliyin keşiyində dayandığını, beynəlxalq hüquqa hörmətin tərəfdarı olduğunu bildirib”, – məlumatda qeyd olunub.