Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, mayın 8-də atılan qeyri-qanuni silahların könüllü təhvil verilməsi çərçivəsində təhlükəsizlik qüvvələrinə 3000-dən çox silah və on minlərlə güllə çatdırılıb.
Elchi.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Serbiyada yerli televiziya kanalına verdiyi açıqlamada ,ötən həftə ölkədə 17 nəfərin ölümü ilə nəticələnən iki silahlı hücumdan sonra ölkədə görülən tədbirləri dəyərləndirib.
Serbiya daxilində hər məktəbə polisin yerləşdirildiyini xatırladan Vuçiç, “8 may-8 iyun tarixləri arasında həyata keçiriləcək qeyri-qanuni silahların könüllü çatdırılması çərçivəsində təhlükəsizlik qüvvələrinə 3 mindən çox silah və on minlərlə güllə çatdırılıb”.
Prezident Vuçiç qeyri-qanuni silahların çatdırılmasından sonra ölkədə icazə verilən silahların da nəzarət altına alınacağını bildirib və vətəndaşları mayın 26-da, cümə günü Serbiya tarixində keçiriləcək ən böyük nümayişdə iştirak etməyə çağırıb.
Serbiyanı qorumaq istəyən hər kəsi nümayişə dəvət edən Vuçiç “Ölkəmizi məhv etmək istəyənlərdən qoruyaq və bunu sülh yolu ilə edək. Ona görə də mayın 26-da bir araya gələk” deyib.
Bu arada ikinci silahlı hücumu törədən 21 yaşlı U.B.-nin atasının da saxlanıldığı açıqlanıb.
Nuranə Məmmədova