Lionel Messinin Əl-Hilalla anlaşdığı iddiaları ölkəsi Argentinada da gündəmdədir. Azarkeşlər ulduz futbolçunun Barselonaya qayıtmasını istəyir.
Lionel Messinin Paris Saint-Germain -nin icazəsi olmadan Səudiyyə Ərəbistanına getməsindən sonra iki həftəlik heyətdən kənarlaşdırılma qərarı verilib.
Bu inkişaflardan sonra Messinin Səudiyyə Ərəbistanının Əl-Hilal komandası ilə anlaşdığı iddiaları gündəmə bomba kimi düşərkən, Messi Argentinada danışmağa başlayıb.
Argentinalılar ulduz oyunçunun karyerasına başladığı və ən yaxşı klub uğurunu qazandığı Barselonaya qayıtması ilə razılaşır.
Digərləri Messinin özünü xoşbəxt hiss etdiyi yerdə qalmasının düzgün olacağını iddia edir.
Elchi.az xəbər verir ki, Fransa mətbuatı Messinin Səudiyyə Ərəbistanına köçməsinin “mütləq olduğunu” açıqlasa da, 35 yaşlı futbolçunun atası oğlunun müqaviləni “imzalamadığını” bildirib.
Messinin Paris Saint-Germain ilə müqaviləsi mövsümün sonunda başa çatır, çünki o, keçən il bağladığı müqavilə ilə Səudiyyə Ərəbistanının turizm səfiri olub.
Nuranə Məmmədova