Ukraynaya hərbi yardım edənlər anlamalıdır ki, onlar artıq Rusiya ilə münaqişəyə cəlb olunublar və bu barədə özlərinə hesabat verməlidirlər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Bu ölkəmizin bir hissəsidir (Donetsk, Luqansk, Xerson, Zaporojye – red.), qərar qəbul olunub, heç kimə verməyəcəyik. Ona görə də Ukraynaya hərbi yardımla bağlı müzakirə aparanda, anlamalıdırlar ki, onlar artıq Rusiya ilə münaqişəyə cəlb olunublar. Nə qədər maskalanmağa çalışsalar da, heç nə alınmayacaq. Özlərinə hesabat verməlidirlər”, – deyə spiker bildirib.
İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin
Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...





















Son şərhlər