Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin əmindir ki, Vaşinqton digər ölkələri aldatmaq üçün milli borcun tavanının artırılması mexanizmindən istifadə edir, ona görə də dollardan asılı olan dövlətlər alternativlər axtarmalıdırlar.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
“ABŞ-ın milli borcu Vaşinqton tərəfindən digər xalqları və ölkələri aldatmaq üçün qurduğu qlobal maliyyə piramidasıdır”, – deyə Volodin Teleqram kanalında yazıb.
O, xatırladıb ki, İkinci Dünya Müharibəsindən bəri ABŞ dövlət borcunun tavanını 100 dəfədən çox artırmaq qərarına gəlib. 2023-cü ildə ABŞ dövlət borcu üzrə faiz ödənişlərinin məbləği 1,5 trilyon dollara çata bilər ki, bu da ABŞ-ın bütün büdcə gəlirlərinin demək olar ki, üçdə biri deməkdir.
Volodinin sözlərinə görə, ABŞ-ın dövlət borcu əsrin əsas maliyyə fırıldağına çevrilib. Eyni zamanda, o, bütün maliyyə piramidalarının nə vaxtsa uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb.
Yeganə