Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Qərb qabaqlayıcı nüvə zərbəsi reallığını dərk etmir. Ancaq müəyyən şərtlər daxilində vəziyyət belə bir ssenariyə çata bilər. Medvedev Vyetnama səfəri zamanı fikirlərini jurnalistlərlə bölüşüb.
Elchi.az Smotrim.ru-ya istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə, müharibənin dönməz qanunları var və əgər Ukraynaya nüvə silahı verilərsə, o zaman qabaqlayıcı zərbə endirmək lazım gələcək.
O, qeyd edib ki, anqlo-saksonlar bunu dərk etmirlər və əmindirlər ki, bu, belə olmayacaq.
Medvedevin fikrincə, Avropa İttifaqı (Aİ) və ABŞ Ukraynanı nüvə silahı ilə yaxşı təmin edə bilər: “Son vaxtlar F-16 qırıcılarının tədarükü haqqında danışırıq, halbuki əvvəllər bunun baş verməyəcəyi bildirilirdi”.
Eyni zamanda Medvedev qeyd edib ki, Amerika kifayət qədər praqmatik – öz maraqlarına uyğun hərəkət edir, lakin Avropa öz ziyanına hərəkət edərək çılğınlaşıb.
Medvedev Ukrayna üçün “Koreya ssenarisi”nin həyata keçirilməsinin mümkünlüyünə də münasibət bildirib: “Əvvəllər Ukraynada belə fikirlər səslənirdi ki, Qərb münaqişədə qalib gələ bilməyəcəyi üçün Koreya versiyasına görə, Ukrayna üçün belə bir parçalanma hazırlayır”.
Yeganə