Alman avtomobil istehsalçısı Volkswagen Çində COVID-19 hallarının artması və məhdudiyyətlər səbəbindən Çenqdudakı fabrikində istehsalı dayandırıb.
Elchi.az xəbər verir ki, Alman mətbuatında çıxan xəbərlərə görə, Volkswagen-in Chengdu fabrikində COVID-19 dalğası səbəbindən istehsal müvəqqəti olaraq dayandırılıb.
Alman istehsalçısının Changchun fabrikində iki istehsal xətti də epidemiya səbəbindən dayandırılıb.
Bu arada Volkswagen-in ölkədəki digər fabriklərində də istehsal davam edir.
Xəbərdə, COVID-19 ilə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar ölkədəki Volkswagen zavodlarının iş rejimində qısamüddətli dəyişikliklərin ola biləcəyi bildirilib.
Şayəstə