Venesuelanın kommunikasiya naziri Miguel Angel Perez, xam neftin İsrailə satıldığı barədə media xəbərlərini təkzib etdi.
Elchi.az xəbər verir ki, Perez Telegram hesabındakı paylaşımda bəzi media orqanlarında xam neftin İsrailə satıldığı iddia edilən xəbərlərə reaksiya verdi.
Bloomberg-in qırmızı “saxta” etiketli başlığı olan bir şəkli paylaşan Perez iddiaları təkzib etdi.
Perez, sözügedən şəklin 2009-cu ildə İsrail şirkəti Bazan Group-a xam neft satışından olduğunu bildirdi.
Bloomberg, xam neft daşınmasının İsrail Bazan Group-a edildiyini və bunun Venesueladan İsrailə ilk neft satışı olduğunu və 2009-cu ildə diplomatik əlaqələrini kəsdiyini iddia etmişdi.
İsrailin 2008-2009-cu illərdə Qəzzaya “Tökmə Qurğuşun Əməliyyatı” hücumlarından sonra o vaxtkı prezident Hugo Chavez İsraili sərt şəkildə qınadı və ölkə ilə diplomatik əlaqələri kəsmək qərarına gəldi.
Şayəstə





















