İtaliyada kanalları ilə məşhur olan Venesiya şəhərində Böyük Kanalın bir hissəsi yaşıllaşıb.
Elchi.az xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadasından verilən açıqlamaya görə, Böyük Kanalın tarixi Rialto Körpüsü yaxınlığındakı hissəsi səhər saatlarında fosforlu yaşıl rəng alıb.
Mətbuatda yer alan xəbərlərdə vətəndaşların səhər saatlarında vəziyyəti polisə bildirməsindən sonra Venesiya Polis İdarəsində növbədənkənar toplantı keçirildiyi və suyun səbəbini müəyyən etmək üçün Böyük Kanaldan su nümunələri götürüldüyü bildirilib.
Bu arada, son zamanlar iqlim fəallarının ölkədəki tarixi fəvvarələrə kömür əsaslı mayelər tökərək aksiyalar həyata keçirdiklərini xatırladan xəbərdə Böyük Kanalın suyunun yaşıl rəngə boyanmasının səbəbinin araşdırıldığı və hələlik məlumat verilmədiyi qeyd edilib.
Hadisə ilə bağlı Venesiya Polisi tərəfindən araşdırma və araşdırmaların davam etdiyi bildirilib.
Yanğınsöndürmə işçiləri sözügedən rəng dəyişikliyinin xalq sağlamlığı üçün təhlükə yaratmadığını bildirib.
Nuranə Məmmədova