Hüquq-mühafizə orqanları “istənilən anormal vəziyyətə” hazırlaşmalıdırlar
Vatikan Dövlətinin ətrafı təhlükəsizlik təhdidləri səbəbindən xüsusi nəzarətə götürülüb.
Elchi.az ANSA-ya istinadən xəbər verir ki, sayı artırılan hüquq-mühafizə orqanlarının nümayəndələri təlimatlandırılıb və “istənilən anormal vəziyyətə” hazırlaşmalıdırlar.
Müqəddəs Pyotr meydanında növbətçi olan karabinerlər gülləkeçirməz jiletlərlə təchiz edilmişdi.
Bundan əlavə, meydanın girişində və metal detektorların quraşdırıldığı Müqəddəs Pyotr Bazilikasının özündə də nəzarət gücləndirilib.
Şayəstə Hüseynova