ABŞ-ın paytaxtı Vaşinqtonda eşidilən nəhəng partlayış səsi çaxnaşmaya səbəb olub.
Elchi.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda yerli vaxtla saat 15:30 radələrində sonik partlayış səsinə bənzər böyük bir səsin eşidildiyi bildirilib.
Partlayış səbəbiylə evlərdə silkələnmənin hiss olunduğu qeyd edilərkən, bəzi sosial media istifadəçiləri partlayışın mümkün hərbi manevrlə bağlı ola biləcəyini şərh ediblər.
Vətəndaşların fövqəladə xətlərə zəng etməsindən sonra polisin Federal Aviasiya İdarəsinə müraciət etdiyi bildirilərkən, Daxili Təhlükəsizlik Nazirliyi tvitində “Paytaxtda eşidilən partlayış səsindən xəbərdarıq, hazırda heç bir təhlükə yoxdur”,-yazıb.
Daha sonra Annapolis Fövqəladə İdarəetmə İdarəsinin sosial media hesabından məlum olub ki, sözügedən partlayış “Müdafiə Nazirliyinə bağlı icazəli uçuş” tərəfindən törədilib və sözügedən hərbi təyyarə səs həddini keçərək səsli partlayışa səbəb olub.
Nuranə Məmmədova