"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Vaşinqtonda Azərbaycanla bağlı kritik dinləmələr

12 Yanvar 2015 - 11:00
in SİYASƏT MANŞET
FacebookVatsap

Hakimiyyət-Ağ Ev münasibətləri yeni testlə üz-üzə; Bugünkü müzakirələrə ABŞ dövlət katibi köməkçisinin müavini, iqtidarın sərt img1720593tənqidçisi Melianın da qatılacağı gözlənilir; dinləmələr ərəfəsində Bakıdan aydın mesaj gəldi: “Heç kim bizimlə ultimatumla danışa bilməz…”

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Bakı-Vaşinqton münasibətlərindəki gərginlik qalır. Rəsmi səviyyədə bu, özünü aşkar büruzə verməsə də, gerçəklik belədir ki, son səslənən ittihamlar və qarşılıqlı bəyanatlar, bu bəyanatlardakı sətiraltı məqamlar, bütövlükdə mövcud şərtlər əks-qənaət üçün əsaslar saxlamır.
ABŞ dövlət katibi Con Kerrinin prezident İlham Əliyevə ötən il dekabrın 21-də etdiyi telefon zəngi də göstərdi ki, Birləşmiş Ştatlar indiki vəziyyətdən, ələlxüsus, Bakının rusiyayönlü ritorikasından narahatdır.
Doğrudur, bu cür ritorika ölkə başçısının deyil, daha çox bəzi məmurların dilindən səslənir, ancaq iş ondadır ki, münasibətlərin durumuna dəlalət edən başqa bir nüans da var: bu da odur ki, Amerikada ilk dəfə olaraq, qeyri-rəsmi səviyyədə də olsa, hakimiyyətə qarşı sanksiyalar tətbiqinə çağırışlar səslənməyə başlayıb.
Məhz bu fonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu ölkəmizdəki durumu  müzakirəyə çıxarmaq üçün yanvarın 12-nə – yəni bu günə “Azərbaycanda müstəqil səslərin boğulması” adı altında xüsusi tədbir planlaşdırıb. Təşkilatın saytında tədbirlə bağlı yerləşdirilən məlumatda bildirilir: “Bu gün Azərbaycanda müxalif düşüncəli insanlara qarşı görünməmiş miqyasda repressiyalar həyata keçirilir, jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların həbsi qorxu atmosferi yaradır. Yaranmış vəziyyət bizi belə bir tədbir düzənləyib durumu müzakirə eləməyə və ondan çıxış yolu tapmağa vadar edir…”
Doğrudur, ABŞ-da QHT-lər səviyyəsində belə tədbirlər vaxtaşırı keçirilir. Ancaq məsələni maraqlı edən 2 mühüm cəhət var. Biri odur ki, budəfəki məruzəçilər sırasında dövlət katibinin müavininin köməkçisi, Azərbaycan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən və dəfələrlə Bakıya buraxılmayan Tomas Melia da var. Bu amil, üstəgəl, dinləmələrin Kerrinin Bakı zəngindən az sonraya təsadüf eləməsi həm müzakirələrə, həm də ikitərəfli münasibətlərə xüsusi çalarlar vermək gücündədir.
Əgər Melia həqiqətən də tədbirə qatılıb, Azərbaycan iqtidarının ünvanına ittihamlar səsləndirsə, demək, eyni zamanda, Ağ Evin mövqeyini, lap dəqiqi, onun Bakıdan narazılığını ortaya qoymuş olacaq. Bu, həmçinin, o anlama gələcək ki, Bakı-Vaşinqton münasibətlərində gərginlik qalır.
Görünür, Azərbaycan iqtidarı da vəziyyətin ciddiliyinin fərqindədir. Hər halda, 12 yanvar müzakirələri ərəfəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Amerikadakı “Bloomberg” agentliyinə verdiyi geniş müsahibədəki nisbətən yumşaq ton buna kövrək dəlil sayıla bilər.
Hakimiyyət rəsmisinin müsahibəsinin ümumi məğzi bundan ibarətdir ki, ABŞ-Azərbaycan münasibətləri heç də media orqanlarında təqdim olunduğu kimi gərgin, dramatik deyil. İqtidar yetkilisi deyib ki, bu münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Sitat: “Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir”.
Bəzi ekspertlər Bakının ənənəvi sərt ritorikadan qismən geri çəkilməsini tərəflər arasında son vaxtlar müşahidə olunan soyuq münasibətlərin normallaşmağa üz tutmasının təzahürü kimi dəyərləndirir. “Bu, ən azından Azərbaycan hakimiyyətinin münasibətlərin istiləşməsini istədiyinin nümayişidir. Hər halda görünən odur ki, hər iki tərəfdən münasibətlərin düzəldilməsi istiqamətində siyasi iradə nümayiş etdirilir” – deyib təhlilçilərdən biri.
Lakin belə bir iradənin nə dərəcədə güclü olduğu, sözsüz ki, Vaşinqtonda bu gün keçirilməsi nəzərdə tutulan dinləmələr və bu dinləmələrdəki atmosferdən bilinəcək. Tədbir, yəqin ki, baş tutacaq, ancaq müzakirələrə Dövlət Departamenti rəsmisi qatılıb Azərbaycan hakimiyyəti haqda sərt fikirlər söyləyəcəkmi?
Əsas sual budur. Bu sualın cavabına, yəqin ki, həm də Azərbaycan prezidenti İlham Əliyevin ilin yekunlarına dair müşavirədə (dinləmələrə cəmi 2-3 gün qalmış) söylədiyi aşağıdakı fikir də təsirsiz ötüşməyəcək. Sitat: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarı, haqqı yoxdur, ola bilməz… Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir”.(Musavat.com)

 

Previous Post

Vaşinqtonda Azərbaycanla bağlı kritik dinləmələr

Next Post

Cek London

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Cek London

Azərbaycan icmasının Parisdəki terror aktı ilə bağlı bəyanatı

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.