ABŞ Dövlət Departamenti ABŞ hakimiyyətinin Ukraynaya kibertəhlükəsizliyi gücləndirmək üçün 37 milyon dollar məbləğində maliyyə yardımı etməyi planlaşdırdığı barədə bəyanat yayıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
Sənədə əsasən, iyunun 1-də ABŞ və Ukrayna rəsmiləri Tallinndə görüşüblər.
Yeni qrantla Ukraynaya kibersferada yardımın ümumi məbləği 2022-ci ilin fevralından 82 milyon dollara, 2016-cı ildən isə 120 milyon dollara çatacaq.
Yeganə