Qazaxıstanda 4 iyun “Dövlət Rəmzləri Günü” münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkənin ən böyük bayrağı olan Astanada mərasim keçirilib.
Elchi.az-ın Trthaber.com-a istinadən xəbərinə görə, Qazaxıstan Rəyasət Heyətindən verilən məlumata görə, prezident Kasım Jomart Tokayev hərbi akademiyanı müvəffəqiyyətlə bitirən əsgərlərə dövlət bayrağının qaldırılması və zabit rütbələrinin təqdim edilməsi mərasimində iştirak edib.
Tokayev buradakı çıxışında vurğulayıb ki, dövlətin göy bayrağı, gerbi və dövlət himni ölkənin suverenliyinin əsas bəzəyidir.
Çətin günlərdə bayraq altında toplaşa bilən bir xalq olduqlarına diqqət çəkən Tokayev bildirib: “Xalqımız öz qəhrəmanlığı və böyük zəhməti sayəsində öz suverenliyinə nail oldu. Bayrağımızın əbədi dalğalanması üçün çox çalışmalı, birliyimizi qorumalıyıq”.
Dövlətin əsas rəmzlərini hədəf alan heç bir hörmətsizliyə yol verməyəcəklərini və buna görə də bu ildən etibarən cəzanı ağırlaşdırdıqlarını bildirən Tokayev söyləyib:
“Hər il gənc zabitlərimizə ölkəmizin ən böyük bayrağı altında hərbi rütbələrini təqdim edirik. Bayrağımızı gözümüz kimi qorumaq ümumi borcumuzdur. Əminəm ki, siz xalqımıza ürəkdən xidmət edəcəksiniz”.
Yeganə