ABŞ siyahılarda yeddi fiziki və bir hüquqi şəxs daxil olmaqla Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, siyahıda Svetlana Boyko, Vasili Qromovikov, Qleb Xloponin, Aleksey Losev, Anna Travnikova, Yuri Makolov və Konstantin Sapojnikov yer alıb. Kaluqadakı “Perko Julleuchter” saxsı sexinə də sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, sanksiya siyahılarına salınma səbəbləri göstərilmir.
Yeganə