Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.
Elchi.az APA-ya istinadən xəbər verir ki, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
Faktı şirkətdən təsdiqləyiblər.
Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub.
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Elchi.az xəbər verir...





















Son şərhlər