İyunun 25-də Varşavanın Bemovo rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, bu barədə “VITRINA” portalı məlumat yayıb.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Yaxınlıqdakı şahidlərdən biri isə xəsarət alıb.
Təyyarə “Powstańców Śląskich, 127A” küçəsində – faktiki olaraq Bemovo aeroportunun ərazisində, pilotların hazırlıq mərkəzinin yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumatlara görə, yüngül mühərrikli təyyarənin pilotu yerli aeroportda eniş etməyə cəhd göstərsə də, uçuş-enmə zolağına çata bilməyib. Çırpılma zamanı yanğın baş verib və təyyarənin qalıqları alışıb.
Hadisə yerinə dərhal dörd yanğınsöndürmə briqadası cəlb olunub və onlar xilasetmə və yanğınsöndürmə işlərinə başlayıblar.
Məryəm





















