Varşava meri Kiyevi 60 metro vaqonu ilə təmin edəcəyinə söz verib

41

İki paytaxtın merləri böyük şəhərlər arasında əməkdaşlıq haqqında məktub imzalayıblar.
Elchi.az xəbər verir ki, Varşava şəhər rəhbərlərinin imzaladığı əməkdaşlıq sazişi çərçivəsində Kiyevə 60 metro vaqonu tədarük edəcək. Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Xəbər verdiyimiz kimi, ötən çərşənbə günü, yanvarın 11-də Kiyev meri Vitali Kliçko və Varşava meri Rafal Tşaskovski iki şəhərin metropoliteni arasında əməkdaşlıq haqqında məktub imzalayıblar. “Polşa tərəfi Ukraynanın paytaxtına 60 metro vaqonu verəcəyinə söz verib”, – Kiyev şəhər administrasiyasının UNN telekanalına verdiyi açıqlamada deyilir.
Xatırladaq ki, çərşənbə günü, yanvarın 11-də Varşava, Budapeşt, Praqa və Bratislava merləri Ukrayna paytaxtının rəhbərinin dəvəti ilə Kiyevə səfər ediblər. Avropanın dörd paytaxtının merləri Kiyevə lazımi humanitar yardım göstərmək, qışın keçməsi üçün avadanlıq tədarük etmək niyyətində olduqlarını açıqlayıblar, həmçinin gələcəkdə şəhərdə dağılmış obyektlərin bərpasında iştirak etməyi planlaşdırdıqlarını açıqlayıblar.

Şayəstə