“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin “Pantsir” və S-300 hava hücumundan müdafiə sistemləri, helikopterlər və təyyarələrinin ekipajlarını, eləcə də elektron müharibə mütəxəssisləri formalaşdırmaq üçün personal cəlb edir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Vaqner”in özünün müstəqil döyüş təyyarələri yoxdur, lakin rus əsgərləri getdikcə daha çox özəl hərbi şirkətin qüvvələrinə verildiyi üçün bunu etməyə başlaya bilər. “Vaqner” tərəfindən döyüş təyyarələrinin alınması onu göstərir ki, bu şirkət Rusiya Müdafiə Nazirliyinin bütün bu illər ərzində yaratmağa çalışdığı müqaviləli ordunun nümunəsidir”, – məlumatda qeyd olunub.
“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...





















Son şərhlər