"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Valyutadəyişmə məntəqələri bərpa edilir

26 Oktyabr 2016 - 09:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

 Valyutadəyişmə məntəqələri bərpa edilirƏməkdaşımız paytaxtın mərkəzi küçələrində fəaliyyət göstərən “exchange”lərdən yazır; ekspert: “Məntəqələrin bağlanması yanlış qərar idi”

Manat-dollar “cəbhəsində” son baş verənlər onu deməyə əsas verir ki, hökumət dolları “barmağına dolayıb”. Valyuta bazarında şərtlərin necə olmasından asılı olmayaraq, dolların məzənnəsini istədikləri vaxt endirir, istədikləri vaxt qaldırırlar. Təbii ki, heç bir iqtisadi əsası olmayan bu addımlar da cəmiyyətdə təşviş yaradır, dollarlaşma prosesini daha da sürətləndirir və manata təzyiqləri artırır. 
Son olaraq Mərkəzi Bankın oktyabrın 25-i üçün açıqladığı məzənnəyə görə, manatın dollara qarşı rəsmi məzənnəsi 1,6211 səviyyəsində müəyyən olunub.  Qeyd edək ki, oktyabrın 24-də USD/AZN rəsmi məzənnəsi 1,6151 manat təşkil edib. 
Dolların ötən həftələrdə ucuzlaşıb, yenidən bahalaşmasının səbəblərinə gəlincə, iddia olunur ki, Mərkəzi Bankın Əmanətlərin Sığortalanması Fonduna külli miqdarda dollar ödəmək məcburiyyətində qalması, xarici valyutaya tələbatı artırıb və dollar bahalaşıb.
Bir müddət öncə dolların ucuzlaşmasına gəlincə, bunun səbəbi kimi Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi 1 milyard dollar depozitin dollara tələbatın azalmasına gətirib çıxardığı deyilir. Lakin bütün bunlara baxmayaraq, hökumət dolların bahalaşmasının qarşısını ala bilmir. Bu istiqamətdə atılan addımlardan biri də Mərkəzi Bankın sədri Elman Rüstəmovun valyutadəyişmə məntəqələrini bərpa etməsidir. Əks halda, fəaliyyəti qadağan edilən “exchange”lər bir günün içində paytaxtda fəaliyyətini bərpa etməzdi. Güman edilir ki, “exchange”lərin bərpa edilməsi, qara bazarı zəiflətmək və dolların qara bazarda bahalaşmasının qarşısını almaqdır.
Onu da qeyd edək ki, artıq əksər “exchange”lərin fəaliyyəti bərpa olunub. Ötən gün “Yeni Müsavat” qəzetinin müxbiri Nizami rayonunda, Rüstəm Rüstəmov küçəsindəki əvvəllər “exchange”lərin olduğu əraziyə baş çəkib. Məlum olub ki, “exchange”lərin hamısının fəaliyyəti bərpa olunub. Müşahidə apardığımız müddətdə bəzi valyutadəyişmə məntəqələrinə tələbat olduğunun şahidi olduq. 
Valyutadəyişmə məntəqələri hələ ki tam leqal fəaliyyətə keçməyib. Belə ki, obyektlərin üzərində “exchange” sözü yazılsa da, məzənnələr qapının üzərindəki tabloda öz əksini tapmır.
Yalnız içəridən çətinliklə görünən tabloda məzənnələr göstərilib. Əksər valyutadəyişmə məntəqələrində dolların alış və satış qiymətləri eyni idi. “Exchange”lərdə oktyabrın 25-nə görə, dolların alış qiyməti 1.66 AZN, satış qiyməti isə 1.83 AZN təşkil edir.
Avronun alış qiyməti 1.80 AZN, satış qiyməti 1.83 AZN -dir. Bir rus rublunun alış qiyməti 0,26 AZN, satış qiyməti isə 0,65 AZN-dir.
İqtisadçı ekspert Ruslan Atakişiyev məsələyə münasibət bildirərkən qeyd etdi ki, hökumətin bu cür addımları manata inamı zəiflədir: “Hökumət 2016-cı ilin əvvəlində manatın üzən məzənnə rejiminə keçdiyini elan etsə də, mütəmadi olaraq manatın kursu tənzimləndi. Bütün bu proseslər, son dövrlər manatın bir qədər bahalaşması da onu göstərir ki, məzənnə tənzimlənir. Lakin dollarlaşma prosesi sürətləndiyindən manatla möhkəmlənmə davamlı xarakter daşımadı. Belə bir vəziyyətdə təbii ki, manata olan təzyiqlər artır. Son dövrlər dolların ucuzlaşması , sonra yenidən bahalaşması bir sıra şayiələrin də ortaya çıxmasına gətirib çıxarır. Ancaq dəqiq səbəbləri araşdırmaq lazımdır. Hesab edirəm ki, bu dəyişkən məzənnə siyasəti sahibkarlığa ciddi ziyan vurur. Əhalidə çaşqınlıq yaradır”.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir müddət öncə manatın bahalaşmasının heç bir iqtisadi əsası yox idi: “Nə idxal-ixrac əməliyyatlarının tərkibinə baxdıqda, nə əhalinin gəlirlərinin səviyyəsinə baxdıqda, manatın güclənməsi üçün heç bir obyektiv səbəb tapmaq mümkün deyil. Heç manatın güclənməsində hökumətin marağı da yoxdur. Hökumət tez-tez manatın məzənnəsi ilə oynamaqla insanlarda təşviş yaratmağa çalışır. Vətəndaşlara normal açıqlama verilmədiyi üçün insanlar arasında şayiələr dolaşır. Ya manatın güclənəcəyinə inam yaradırlar, ya da son dövrlərdə ilk dəfə olaraq bu gün ərzində manatı bir qəpiyə yaxın ucuzlaşdırdı. Dövlət qurumları gedən prosesləri vətəndaşlara izah  etmədiyi üçün ciddi şəkildə panika yaranır. Manatın məzənnəsinin heç bir bazar qanunlarından asılı olmayaraq, inzibati qaydada müəyyən olunduğunu nəzərə alaraq demək olar ki, bu hərəkətləri normal məntiqlə izah etmək çətindir”.
 
“Exchange”lərin fəaliyyətinin bərpa edilməsinə gəlincə, Natiq Cəfərli dedi ki, əslində valyutadəyişmə məntəqələrinin bağlanması yanlış addım idi: ““Exchange”lərin bağlanması qara bazarın canlanmasına şərait yaratdı. “Exchange”lər normal şəkildə fəaliyyət göstərsəydi, həm ölkə vətəndaşları, həm də xaricdən gələn turistlər üçün normal bir mühit yaranardı. Valyutadəyişmə məntəqələrinin bağlanması ölkə üzrə 4 min nəfərdən çox insanın işsiz qalmasına səbəb oldu. Həm də şənbə, bazar günləri və bayram günləri ölkəmizə gələn turistlərin valyutadəyişmə məsələsində çətinlik yaşamasına gətirib çıxartdı. İndi tədricən valyutadəyişmə məntəqələrini bərpa etməyə çalışırlar. Bu, normal qərardır. “Exchange”lərin bağlanması yanlış qərar idi. Sadəcə, bu məsələdən belə nəticəyə gəlmək olar ki, qərarlar verilərkən uzun müddət üçün heç bir analiz aparılmır, sonradan qərarların mənfi nəticələri üzə çıxanda həmin qərar  geri götürülür”.
Previous Post

Valyutadəyişmə məntəqələri bərpa edilir

Next Post

Qarabağa dair “yol xəritəsi” – Bakı “qırmızı” xətti göstərdi

Bənzər yazılar

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Bakıda keçirilən görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad...

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56

İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Elchi.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat...

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50

Türkiyənin İstanbul şəhərində leysana görə yolları su basıb, əyani tədris dayandırılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu səbəbdən...

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

Next Post

Qarabağa dair “yol xəritəsi” - Bakı “qırmızı” xətti göstərdi

Qarabağa dair “yol xəritəsi” - Bakı “qırmızı” xətti göstərdi

Son xəbərlər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

14 Oktyabr 2026 - 19:13
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:06
Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

14 Oktyabr 2026 - 18:59
DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14 Oktyabr 2026 - 18:48
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.