"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağa dair “yol xəritəsi” – Bakı “qırmızı” xətti göstərdi

26 Oktyabr 2016 - 09:17
in XƏBƏR LENTİ
FacebookVatsap
Qarabağa dair “yol xəritəsi” - Bakı “qırmızı” xətti göstərdi

Azərbaycan danışıqlarda bundan sonra hansı çərçivədə hərəkət edəcəyi haqda işğalçıya və vasitəçilərə aydın mesaj verib; politoloq: “Sülhün alternativi, ən azından silahlanma yarışıdır ki, bu yarışa da Ermənistan tab gətirə bilməyəcək…”

Bunu da oxuyun

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

2016-cı il həm də Qarabağ məsələsində Azərbaycanın mövqeyinin aydın şəkildə ortaya qoyulması ilə yadda qalacaq. İstər apreldəki uğurlu blits-hərbi əməliyyatlar olsun, istərsə də ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin problemin dinc həll yolu ilə bağlı irəli sürdüyü ədalətli çözüm formulu, faktiki, “yol xəritəsi”, rəsmi Bakı bir daha dünyaya bəyan etdi ki, konfliktin həllini necə görür və onun üçün “qırmızı xətt” nədir.
Bu prinsipial mövqe növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və onların ardınca Xorvatiya prezidentinin Bakı səfəri çərçivəsində ölkə başçısı səviyyəsində bəyan edildi.
***
“Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusən BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır” – Azərbaycan prezidenti Xorvatiya lideri ilə keçirdiyi görüşdə deyib.
Image result for İslam Əməkdaşlıq Təşkilatı
Prezident həmçinin xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: “Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir.
Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini tanımır”. 
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir. Ötən həftə isə o, bəyan eləmişdi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına getməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə predmeti olmayacaq və bunu Ermənistan da yaxşı bilir. 
***
Ekspertlər də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bu ədalətli mövqeyini yeganə optimal yanaşma hesab edirlər. Politoloq Rasim Musabəyov o qənaətdədir ki, ermənilərin, onların lobbiçilərin nə deməyindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılması söhbətini hətta yaxına belə buraxmayacaq. “Prezident İlham Əliyevin məlum bəyanatının mahiyyəti də ondan ibarət deyil ki, Azərbaycan tanınma ilə bağlı təzyiqlərə boyun əyəcək, odur ki, belə tanınma heç vaxt olmayacaq”, – deyə ekspert “Vestnik Kavkaza” nəşrinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, nizamlama prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq. “Bu, o deməkdir ki, Ermənistan üçün bağlı olan kommunikasiyalar, beləcə həmişə bağlı qalacaq. Bu – həmçinin informasiya müharibəsi demək olacaq – hansı ki, gedir və diplomatik mübarizə formasında davam edəcək. Ümumən əgər söhbət ən azı, yarışdan gedirsə, – yəni kim tez çökəcək, – o zaman Azərbaycanın demoqrafik, maliyyə, iqtisadi imkanları onu davam etdirmək üçün qat-qat böyükdür” – Musabəyov əlavə edib.
Image result for İsgəndər M
O ki qaldı İrəvanın “İsgəndər” raket kompleksləri ilə öyünməsinə, ekspert düşmən tərəfinin sevinci üçün əsas görmür: “Nə olsun ki, onlarda belə bir sistem var. Eynilə bu cür uzaqvuran silahlar Azərbaycanda mövcuddur. Özü də Azərbaycan ərazisindən Ermənistanın istənilən həyati əhəmiyyətli mərkəzini vurmaq hətta indi də mümkündür. Ermənistan isə həyati əhəmiyyətli hədəflərimizə çatmaq üçün ”İsgəndərləri” işğal altındakı ərazilərə gətirməlidir. Düşünmürəm ki, Rusiya bu sistemlərlə birgə Ermənistana onu Dağlıq Qarabağa keçirmək hüququ da verib”.
***
Bu arada ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə bu il üçün son səfəri də siyasi şərhçilərin diqqətindən yayınmayıb. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, səfərdə yeganə məqsəd Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Onun fikrincə, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır. “Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında vəziyyətin nəzarət altında olduğuna dair hesabat verəcəklər. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacaqları hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər. Ermənistan hakimiyyətinə isə bu görüş status-kvonu uzatmaq üçün lazımdır” – politoloq qeyd edib.
Image result for Elxan Şahinoğlu
Onun sözlərinə görə, Vyana və Sankt-Peterburq görüşləri münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə, ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirib: “Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daim nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını təzyiq altında saxlamasına ziddir. Apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır”.
Politoloq ilin sonuna qədər prezidentlərin görüşünün baş tutacağına əmin deyil: “Minsk Qrupu işğal atındakı torpaqların boşaldılmasını əvvəlki tək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirir. Uorlik bölgəyə səfər etmədən öncə bunu açıq bəyan edib. Rəsmi Bakı paket həll variantından imtina etdiyini dəfələrlə bildirib. Həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, aprel hadisələrinin bir daha təkrarlanmaması üçün fəaldırlar. Bölgəyə səfərləri və prezidentləri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu, Azərbaycanın məqsədinə tərsdir. Bütün bu proseslərə ”yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyası ilə, sadəcə, hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Çünki apreldə düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı “torpaqların işğaldan azad edilməsidir””.
Previous Post

Qarabağa dair “yol xəritəsi” – Bakı “qırmızı” xətti göstərdi

Next Post

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Bənzər yazılar

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

08 Oktyabr 2026 - 14:14

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Elchi.az xəbər verir ki,...

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

08 Oktyabr 2026 - 13:42

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. Elchi.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən,...

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb. Bu barədə Elchi.az-a FHN-nin mətbuat xidmətindən məlumat...

Next Post

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Son xəbərlər

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

08 Oktyabr 2026 - 16:58
Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 16:47
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

08 Oktyabr 2026 - 16:29
Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09
Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53
Qış turizmində qar problemi belə həll olunacaq

Qış turizmində qar problemi belə həll olunacaq

08 Oktyabr 2026 - 15:44
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

08 Oktyabr 2026 - 15:30
ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16
Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

08 Oktyabr 2026 - 15:08
MEP Leyenin hiyləgər planını ortaya qoydu

MEP Leyenin hiyləgər planını ortaya qoydu

08 Oktyabr 2026 - 15:00
Azərbaycan İranın ən güclü sütunlarından biri olub – Pezeşkian

Azərbaycan İranın ən güclü sütunlarından biri olub – Pezeşkian

08 Oktyabr 2026 - 14:52
“Fitch Solutions”: Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq

“Fitch Solutions”: Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq

08 Oktyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.