"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Valyuta bazarı üçün növbəti şok -dollar 1.92 oldu

21 Dekabr 2016 - 10:08
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

Valyuta bazarı üçün növbəti şok -dollar 1.92 oldu Manat hərracda yenə dəyər itirdi – vəziyyət ümidsizdir

 
Dekabrın 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, “qara bazar”da dolların alış qiyməti 1,90 manata, satış qiyməti isə 1,92 manata qalxıb. Hərracda dolların bahalaşmasından sonra “qara bazar”da dolların qiymətinin bir qədər də artacağı gözlənilir. 
 
Dekabr ayının 20-dən etibarən iki bank dollar satışını bərpa edib. Fins.az-ın məlumatına görə, söhbət “Bank BTB” və “Rabitəbank”dan gedir.
“Bank BTB”dən fins.az-a verilən məlumata görə, xarici valyuta satışı 50-100 dollar/avro limitlə həyata keçirilir. “Rabitəbank”da isə satış üzrə limit 100 dollar/avro təyin edilib.
Qeyd edək ki, bundan əlavə, “Bank Silk Vey” limiti artırıb. Dünən bankda dollar üzrə limit 100, avro üzrə 90 müəyyən edilmişdirsə, bu gün dollar üzrə limit 200, avro üzrə 100 olub. Amma bu məbləği yalnız hava limanında uçuş bileti olan müştərilər ala biləcək.
Bakıda isə daha bir qanunsuz valyuta mübadiləsi edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Ekspert Qubad İbadoğlu deyib ki, manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq: “”Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib. Verilən məlumatlara görə, hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir. Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın  İdarə Heyətinin 21 dekabr  2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Gedən müzakirələr onu göstərir ki, son 1 ildə tətbiq olunan üzən-tənzimlənən məzənnə rejimi lazımi səmərə vermədiyindən, tam üzən məzənnə rejimə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra təmin ediləcək. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı  tam üzən məzənnə  rejiminə keçidə hələ də hazır deyil. Odur ki, böyük ehtimalla, yaxın zamanlarda da manatın kursunun təyini üzən-tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan, 2014-cü ilin noyabr ayından indiyə qədər 11 milyard dolları “tonqalda yandıran” Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək”.
Ekspertin sözlərinə görə, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin, hedcinqin həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir: “Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir.  Bütün bu məsələlər “Yol xəritəsi”ndə nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görsənmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. “Yol xəritəsi”ndə nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq.
Əks təqdirdə, valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il  tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox  azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payının azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb.
Deməli, ”Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam  üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görsənmir. Çünki hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda  hazırkı situasiyada  manatı nə gözləyir? Fikrimcə, qarşıda 2 ssenarı durur. Əgər hökumət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa, onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir  ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin.
Yaxud hökumət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da, dəyər itirərək yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını “tonqalda yandırmaqla”, Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq. Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq.  Hər iki variantda yenə də  hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır”.
Previous Post

Valyuta bazarı üçün növbəti şok -dollar 1.92 oldu

Next Post

“Brent” markalı neftin qiyməti 56 dollara yaxınlaşıb

Bənzər yazılar

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. Elchi.az xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri...

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

13 Avqust 2026 - 14:52

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq. Elchi.az report-a istinadla xəbər verir ki,...

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

13 Avqust 2026 - 14:38

The Chairwoman of the Council of Ministers of Bosnia and Herzegovina, Ms. Borjana Krišto, has been awarded the “Friend of...

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

13 Avqust 2026 - 14:36

Председатель Совета министров Боснии и Герцеговины госпожа Борьяна Кришто награждена золотым орденом «Друг журналистов», учрежденным международным журналом «Мой Азербайджан», за...

Next Post

"Brent" markalı neftin qiyməti 56 dollara yaxınlaşıb

"Brent" markalı neftin qiyməti 56 dollara yaxınlaşıb

Son xəbərlər

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55
Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44
Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38
Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

13 Avqust 2026 - 17:58
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

13 Avqust 2026 - 17:49
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 17:41
ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

13 Avqust 2026 - 17:38
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

13 Avqust 2026 - 17:25
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

13 Avqust 2026 - 17:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.