"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

08 Fevral 2016 - 09:51
in XƏBƏR LENTİ
FacebookVatsap
Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

“Çox təəssüf ki, bəzi bankları bağlayırlar, bu, qəbuledilməz haldır…”

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Ölkədə bank sistemində vəziyyətin günü-gündən ağırlaşması Mərkəzi Bankı bu istiqamət üzrə qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Baş bank isə problemi bankları ləğv etməklə çözmək yolunu seçdi. Nəticə olaraq, ölkədə 11 bank ləğv edilmə prosesindədir.  
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirdi ki, bankların birləşdirilməsi məsələsi uzun zaman gündəmdə olub: “Biz Milli Məclisdə dəfələrlə bildirmişik ki, 9.5 milyon əhali üçün 43 bankın olması doğru deyil. Bu baxımdan bankların bağlanması deyil, birləşdirilməsi və təmərküzləşmə prosesi getməlidir. Cənab prezident də hökumətin son müşavirələrində bu məsələyə  toxunaraq bildirdi ki, bank sistemində islahatlar getməlidir. Ümumiyyətlə, bank sistemində islahatlar çoxdan aparılmalı idi. Çox təəssüf ki, biz bu məsələdə bir qədər gecikdik. Əsas məqsədimiz ondan ibarət idi ki, bank  sistemində kredit faizləri aşağı salınsın. Çünki faizlər çox yüksəkdir. İnsanlar bu kreditləri alır, sonra isə qaytara bilmirlər. Vaxtı keçmiş kreditlərin isə məbləği 1.5 milyard manata gəlib çıxıb. Bunun da yeganə çıxış yolu kimi qərara gəldik ki, banklar birləşdirilməlidir. Mərkəzi Bankın rəhbərliyi ilə müəyyən danışıqlarımız olub”.
 
Ekspert bankların bağlanması ilə əlaqədar heç bir rəy irəli sürmədiklərini dedi: “Biz bankların bağlanılmasının tərəfdarı deyilik. Çünki banklar bağlanan zaman çox ciddi problemlər yaranır. Bu baxımdan bir daha qeyd edirəm ki, biz birləşmənin tərəfdarı olub bildirmişik ki, gəlin ölkədə təxminən 20-yə yaxın bank saxlayaq”.
V. Əhmədova görə, hazırda bu proses gedir: “Ancaq çox təəssüf ki, bəzi bankları bağlayırlar. Bu qəbuledilməz haldır. Doğrudur, elə banklar var ki, heç nizamnamə kapitalı 50 milyon da deyil. O cümlədən orada müştərilərin də sayı çox azdır ki, belə bankları da birləşdirmək lazımdır. Yəni islahatın aparılmasının əsas məqsədi, iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaiti, nizamnamə kapitalı,  kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. İkincisi də Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”.
V. Əhmədov dollarla olan kreditlər məsələsinə də toxundu: “Ümumi razılıq belə olmuşdu ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə (1 dollar = 1.05 AZN) verilsin. Buna heç kim də etiraz etmir. Mərkəzi Bankın rəhbərliyi bu məsələni həll etməlidir. Çünki burada əsas söhbət mənbədən gedir. Mərkəzi Bakın bu addımı atması üçün kifayət qədər ehtiyatı var. Burada təxminən 250-300 milyon manatdan söhbət gedir. Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur. Yəqin ki, bu məsələ üzərində müəyyən işlər aparılır”.
Previous Post

Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

Next Post

“Minsk Qrupunun formatı dəyişdirilə bilər”

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

“Minsk Qrupunun formatı dəyişdirilə bilər”

“Minsk Qrupunun formatı dəyişdirilə bilər”

Son xəbərlər

Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır

Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır

13 İyul 2026 - 10:00
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi

Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi

13 İyul 2026 - 09:53
Prezident İlham Əliyev: Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır

Prezident İlham Əliyev: Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır

13 İyul 2026 - 09:47
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir

13 İyul 2026 - 09:40
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN: Ötən həftə 560 yanğına çıxış olub, 58 nəfər xilas edilib – VİDEO

13 İyul 2026 - 09:34
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb

Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb

13 İyul 2026 - 09:28
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik

Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik

13 İyul 2026 - 09:21
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb – CANLI

Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb – CANLI

13 İyul 2026 - 09:13
ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.