"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Minsk Qrupunun formatı dəyişdirilə bilər”

08 Fevral 2016 - 09:54
in XƏBƏR LENTİ
FacebookVatsap
 “Minsk Qrupunun formatı dəyişdirilə bilər”

Yeni müharibəyə görə əsas məsuliyyət problemi konservasiya etməyə çalışan həmsədrlərin üzərində qalacaq; tanınmış rusiyalı politoloq: “Konfliktin təzədən alovlanması üçün bütün faktorlar mövcuddur…”

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Turist həmsədrlər bölgəyə növbəti səfərə hazırlaşırlar. Bu barədə artıq məlumat yayılıb. Lakin hələ ki, səfərin dəqiq tarixi bəlli deyil. Ancaq bu, nəyi dəyişir ki? Əsas məsələ onların nə vaxt gələcəyi yox, nə ilə gələcəyidir. Əks halda belə səfərlərin qara qəpiklik dəyəri qalmır.
Məsələ də ondadır ki, diplomat-turistlər bölgəyə növbəti dəfə əliboş təşrif buyuracaqlar. Ərazisinin 20%-i işğal altında qalmaqda davam edən Azərbaycanı isə belə situasiya qane edə bilməz. Təsadüfi deyil ki, rəsmi Bakı vasitəçilərin qarşıdakı ziyarəti ilə bağlı öz şərtini açıqlayıb: Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib ki, ATƏT-in Minsk Qrupunun rəhbərliyi nazir Elmar Məmmədyarovun AŞPA-dakı sənədlərə münasibətdə Minsk Qrupunun tutduğu mövqe ilə bağlı məktubuna cavab verməli, həmçinin  Azərbaycan xalqı və dünya ictimaiyyətinə hesabat verməlidirlər ki, nədən problem onların patronajlığı altında 24 ildir həllini tapa bilmir? Yalnız bundan sonra onlarla görüşün anlamı ola bilər. Əks təqdirdə həmsədrlər qapıdan geri qaytarıla da bilər.
Bir sözlə, turist-diplomatların budəfəki gəlişi əvvəlkilərdən fərqlənəcək – öncəliklə də Bakının ona fərqli münasibəti baxımından. Bu da təbiidir. Ona görə ki, Qarabağ münaqişəsinin həlli uzandıqca müharibə riskləri də artır. Deməli, yeni mümkün hərbi qarşıdurmanın məsuliyyəti ilk növbədə problemi on illərdir çözə bilməyən həmsədrlərin üzərinə düşəcək.
Məntiqlə Minsk Qrupu sülh prosesinin öhdəsindən gələ bilmirsə, o zaman təzə həll formatlarının yaradılmasına mane olmamalı və ya indiki formatın, tutaq ki, Türkiyə və Almaniyanın hesabına genişləndirilməsinə etiraz etməməlidir. Amma əksini müşahidə edirik – AŞPA-nın Qarabağ təşəbbüskarlığına qısqanc münasibətdən bunu hamı gördü.
***
Minsk Qrupunun tərkibinin mümkün və effektli dəyişikliyini vesti.az-a şərh edən tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk maraqlı fikirlər söyləyib. Ekspert hesab edir ki, hazırda Minsk Qrupu mürəkkəb duruma düşüb: “Bu beynəlxalq orqan nəyisə yerindən tərpətməyə qorxur, çünki bunun ardınca nə baş verəcəyini bilmir. Lakin son illər dünyada situasiya ümumən kəskin dəyişib ki, bu da öz təsirini labüd olaraq Qarabağ məsələsinə göstərəcək. Bu üzdən, düşünmürəm ki, konflikti 2014-cü ilin əvvəlində olduğu formatda uzun müddət saxlamaq mümkün olsun – Ukraynada müharibənin başladığı və Suriyadakı müharibə formatının kəskin dəyişdiyi tarixi nəzərdə tuturam. Görünür, bunu ATƏT-də də başa düşürlər. Odur ki, təşkilatın daxilində Qarabağ istiqamətində hansısa yeni impulslar peyda olur”.
Politoloqun sözlərinə görə, istisna eləmək olmaz ki, Qərb mövcud formalara və müşahidəçilərin tərkibinə korrektələrə getmək üçün məhz elə rəsmi Bakıdan maksimum kəskin reaksiyalar gözləyir: “İndi Qərb ona istinad eləmək üçün istənilən böhrandan istifadə edə bilər! Nəzərdən qaçırmaq olmaz ki, bir çox xarici müşahidəçilər istərdilər ki, Azərbaycan müharibəyə cəlb olunsun və bu müharibənin gedişində də Cənubi Qafqazın özünü və xəzəryanı regionu təzədən formatlaşdırsınlar. Təbii ki, əgər Bakının Minsk Qrupunun işi ilə bağlı irad və qeydləri varsa, onları izhar eləməlidir. Ancaq iş ondadır ki, bu, hansı anda və hansı formada ediləcək”.
 
Rusiyalı ekspertin fikrincə, Azərbaycan rəsmi iradlarını səsləndirməklə yanaşı, avtomatik şəkildə problemə dair Qərbin, Rusiyanın və bütün maraqlı tərəflərin diqqətini cəlb edəcək innovasion tezislər də irəli sürməlidir: “O sırada Bakı formatın dəyişdirilməsindən danışarkən onun tərkibinə dair konkret təkliflərini bildirməli və hamını inandırmalıdır ki, məhz bu format uğur qazanmaq üçün bütün şanlara malikdir. Ayrı sözlə, Azərbaycanın əleyhinə işləyəcək emosionallıq yox, konkretlik lazımdır. İstisna eləmək olmaz ki, Minsk Qrupu həqiqətən tam gücü ilə işləmir və böyük vəsaitlər xərclənsə də məsələ ilə formal məşğul olur. Fikrimcə, xərclənən vəsaitlərlə bağlı informasiya da beynəlxalq ictimaiyyət üçün maraqlı olardı. Kobud desək, həmsədrlərin qaldığı oteldəki komfortun səviyyəsi reallaşdırdıqları ideyaların səviyyəsinə uyğun olmalıdır. Əgər ideyalar yoxdursa, o zaman onlar qoy hərbi çadırlarda yaşasınlar və vedrədəki soyuq su ilə yuyunsunlar”.
***
Dağlıq Qarabağ konfliktinin həllinin niyə düyünə düşməsinin səbəblərini Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış, mənzil-qərargahı Brüsseldə yerləşən nüfuzlu Avropa Siyasəti Mərkəzinin hazırladığı  geniş təhlili hesabatdan da aydınca görmək olar. 
Hesabatda Rusiyanın Qarabağ münaqişəsində oynadığı rola geniş yer verilib. Qeyd olunub ki, Rusiya Cənubi Qafqazda “həm sülhyaradıcı, həm qızışdırıcı, həm silah təchizatçısı, həm regional polis, iqtisadi hegemon və ”ənənəvi dəyərlərin” müdafiəçisidir”. Hesabat müəlliflərinə görə, Rusiya regionda Ukraynada olduğundan daha böyük alətlərə malikdir.
“Həmsədrlər arasında Rusiya xüsusilə fəaldır. Xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda danışıqlar prosesinin irəlilədilməsi üçün bir neçə ideya təklif edib. Bu ideyaların təfərrüatları açıqlanmasa da, onların Fransa və ABŞ tərəfindən qəbul olunduğu bildirilib” – analitiklər bildirib.
 
Təhlildə o da xatırladılır ki, Qarabağ münaqişəsi Rusiyanın regiondakı hegemonluğunun aləti kimi qalmaqda davam edir. Qeyd edilir ki, üstəlik Rusiya burada 1994-1998-ci illərdə yalnız Ermənistanı dəstəkləməklə buraxdığı səhvi təkrarlamaq fikrində deyil. O zaman Azərbaycan məhz bu səhv ucbatından Qərbin orbitinə düşmüşdü.
Hesabatda həmçinin Moskva-Ankara münasibətlərinin korlanması da Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir göstərən faktorlardan biri kimi qeyd olunub. “Belə ki, Rusiya Ermənistanı müttəfiq hesab edirsə də, Azərbaycan və Türkiyə arasında sıx münasibətlər mövcuddur. Regionun Türkiyə-Rusiya qarşıdurmasının alovuna düşməməsi üçün bütün tərəflərdən təmkin və müdriklik tələb olunacaq” – müəlliflər vurğulayıb.
Münaqişənin yaxın perspektivləri barədə isə hesabatda deyilir ki, nə Bakının, nə də İrəvanın müharibənin yenidən alovlanmasını istəməmələri sülhün qarantiyası kimi qəbul edilməməlidir. Təhlilçilərin fikrincə, konfliktin təzədən alovlanması üçün bütün faktorlar artıq mövcuddur. Hesabatda deyilir ki, Avropa İttifaqı nəhayət Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmalıdır. “Qarabağ münaqişəsi bundan sonra Rusiyanın periferiyasında lokal problem kimi deyil, Avropa İttifaqının qonşuluğunda qorxulu sabitsizlik mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir”, – deyə təhlilçilər xəbərdarlıq edir.
***
Göründüyü kimi, ilin ikinci ayı başlasa da, yaxın perspektiv üçün ekspertlər səviyyəsində Qarabağ probleminin həll perspektivi ilə bağlı pozitiv heç bir şey söylənilmir. Bu isə konfliktə cəlb olunmuş bütün maraqlı tərəfləri, xüsusən də işğalçı Ermənistanı və onun havadarlarını ciddi düşündürməlidir. Hər halda, müharibə hamının bölgədəki maraqlarını təhlükə altına qoyacaq.
Previous Post

“Minsk Qrupunun formatı dəyişdirilə bilər”

Next Post

Atəşkəs yenə pozuldu – 127 dəfə

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Atəşkəs yenə pozuldu - 127 dəfə

Atəşkəs yenə pozuldu - 127 dəfə

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.