"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Vahid Əhmədov:“Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar”

07 İyul 2017 - 09:35
in CƏMİYYƏT
FacebookVatsap

Vahid Əhmədov: “İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə anarxiya yaradıb”

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov struktur və kadr islahatları, yerli icra hakimiyyətlərinin fəaliyyəti, kənd təsərrüfatının durumu və digər məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Vahid müəllim, bir müddət öncə ölkədə start götürən struktur və kadr islahatları sanki dayanmış kimi görünür. Əsasən də Nazirlər Kabineti ilə bağlı ciddi dəyişikliklərin olacağı gözləntiləri baş vermədi.

– Dəyişikliklər və islahatlar gedir. Dəyişiklik və islahatların çox radikal formada aparılması cəmiyyətdə, dövlət işində müəyyən problemlər yarada bilər. Odur ki, ümumi ictimai-siyasi vəziyyəti nəzərə alaraq belə islahatlar həmişə həyata keçirilməlidir. Bu islahatların bir hissəsi Prezident Administrasiyasında həyata keçirildi. Cənab prezident tərəfindən müəyyən sərəncamlar verildi, qərarlar qəbul edildi. Bir sıra dəyişikliklər aparıldı, müəyyən insanlar kənarlaşdırıldı, yeniləri irəli çəkildi və sair. O cümlədən birinci vitse-prezidentin də artıq demək olar ki, aparatı formalaşmaq üzrədir. Yəni dəyişikliklər, islahatlar davam edir.O ki qaldı hökumətdə islahatlara, burada da dəyişikliklər gedir. Diqqət etdinizsə, Nəqliyyat Nazirliyi ləğv edildi və birləşdirildi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə. Yeni Reklam Agentliyi yaradıldı. Bu çox vacib bir sahədir və belə bir agentliyin yaradılması vacib idi. Bu sahə Azərbaycan üçün həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən əhəmiyyətlidir. Çünki burada külli miqdarda vəsaitdən söhbət gedir.

O vəsaitin yığılması və dövlət büdcəsinə gətirilməsi üçün ayrıca bir dövlət agentliyinin yaradılması ciddi bir islahat sayılmalıdır. Dövlət başçısı demişdi ki, büdcəyə 2016-cı ildə ən çox ziyan vuran bank sistemi olub. İndi bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilir. Düzdür, bu proses ağır gedir, çətinliklər olur, amma proses dayanmayıb. Amma şübhəsiz ki, hökumətdə geniş islahatlar aparılmalıdır. Çevik bir komandaya, çevik hökumətə ehtiyac var. Çünki Milli Strateji Yol Xəritəsi təsdiq olunub və onun icrası üçün çevik bir komanda işləməlidir. Bunun üçün gərəkli islahatlar yəqin ki, aparılacaq. Ola bilər ki, payız aylarında bu məsələlər öz həllini tapacaq. İslahat və dəyişikliklərin yavaş-yavaş aparılması normaldır.

– İslahatların həm də ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün aparıldığı bəllidir. Bəs islahatların aparılması üçün də maliyyə vəsaitlərinə ehtiyac olurmu?

– Elə də ciddi maliyyə lazım deyil. Struktur və kadr islahatları ilə bağlı məsələlərdə vəsait xərclənməsinə ehtiyac olmur. Əksinə, struktur islahatları ilk vaxtdan müəyyən qədər büdcə vəsaitinə qənaət edilməsinə səbəb olur. Məsələn, Nəqliyyat Nazirliyinin ləğvi və başqa nazirliyə birləşdirilməsi orada olan bir çox ştatların ixtisarı ilə nəticələndi. Bu isə müəyyən qədər vəsaitlərin dövlət büdcəsində qalması deməkdir. Yaxud da Reklam Agentliyinin yaradılması büdcəyə daxilolmaları artıracaq. Qeyd edim ki, “Reklam haqqında” Qanunu millət vəkili Əli Məsimli ilə mən yazmışıq. Dəfələrlə də bildirmişik ki, reklam gəlirləri dövlət büdcəsinə daxil olmur, mənimsənilir. Burada söhbət 5-6 yüz milyon manatın büdcədən gizlədilməsi və mənimsənilməsindən gedirdi. İndi yaradılan Dövlət Reklam Agentliyi bu problemin yoluna qoyulması demək olacaq. Reklam həm də siyasi məsələdir. Burada dil məsələsi var, reklamın nə cür verilməsi kimi incə nüanslar var. Yəni bu məsələlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Elə sahələr də var ki, orada islahatlara şübhəsiz müəyyən vəsaitlər sərf olunur və bu labüddür.

– Reklamdan söz düşmüşkən, bu sahədə problemlərdən biri kimi reklamların media orqanları arasında bölüşdürülməsində ayrı-seçkiliyin olması halları qeyd edilir. Sizcə, yaradılan agentliyin fəaliyyətə başlaması bu problemin həllinə gətirib çıxaracaqmı?

– Öncə onu deyim ki, reklam sistemində Azərbaycanda anarxiyadır. İndiyə qədər paytaxtda reklama nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə faktiki olaraq anarxiya yaradıb. Bu sahədən dövlət büdcəsindən daxil olmalı olan vəsaitlər faktiki olaraq mənimsənilir. Bakı şəhərində və ölkə miqyasında gedən reklamlar görün nə vəziyyətdədir… Biz “Reklam haqqında” qanun layihəsini hazırlayanda beynəlxalq aləmdə olan bütün qanunları analiz etmişdik və ən yaxşı nə var bu qanun layihəsinə daxil etmişdik. Mən Dövlət Reklam Agentliyinin yaradılmasının bir çox problemləri həll edəcəyini düşünürəm. O cümlədən media orqanlarına reklam verilməsi məsələsində də problemlər var ki, onun da həllini həyata keçirmək lazımdır.

– Ölkənin iqtisadi sütunlarından birinin kənd təsərrüfatı sahəsi olduğu bəllidir. Bu sahədə müsbət irəliləyişlər müşahidə olunmaqla yanaşı, rayonlardan olan müraciətlərdə problemlərin də olduğu görünür. Məsələn, hazırda taxıl biçini mövsümüdür və bir sıra rayonlardan fermerlər biçin üçün texnika çatışmazlığından şikayətlənirlər. Bildirirlər ki, kombayn problemi taxılın vaxtında biçilməməsinə gətirib çıxarır. Nəticədə böyük miqdarda itkilərə məruz qalırlar…

“Dəyişiklik və islahatların çox radikal formada aparılması dövlət işində müəyyən problemlər yarada bilər”

– Son zamanlar kənd təsərrüfatına olan diqqət daha yüksəkdir. Kənd təsərrüfatına diqqəti, birincisi, cənab prezident yüksək səviyyədə saxlayır. İkincisi, mütəmadi olaraq müşavirələr keçirilir, Prezident Administrasiyası bu işlə çox ciddi məşğuldur. Kənd Təsərrüfatı Nazirliyinin qaldırdığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunur. Belə bir vəziyyətdə bu sahədə heç bir problem olmamalıdır. Mən diqqət edirəm və görürəm ki, kənd təsərrüfatı məhsullarının ixracatı artıb. Ola bilsin ki, hansısa yerlərdə problemlər meydana çıxır. Məncə, bu, artıq yerli icra hakimiyyəti orqanlarının problemidir. Çünki ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir. Əksər rayonlarda texnika ilə əlaqədar mərkəzlər yaradılıb. Yerli icra hakimiyyəti orqanları işləri elə qurmalıdır ki, fermerlər problem yaşamasınlar. Taxılçılıq sahəsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də diqqət böyükdür.

Yerlərdə ortaya çıxan problemlər çox güman ki, rayon rəhbərliyinin fəaliyyətinin yetərli olmamasından qaynaqlanır. Xatırlayırsınızsa, bir müddət öncə cənab prezident müşavirələrin birində dedi ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə o rayona qoyulan investisiya ilə əlaqədar qiymət verəcəyəm. Yəni rayon icra hakimiyyəti orqanları başa düşməlidirlər ki, kənd təsərrüfatının inkişafı onların fəaliyyətindən çox asılıdır. Əgər hansısa məsələni öz gücləri hesabına həll edə bilmirlərsə, mərkəzə müraciət etməlidirlər. Mənim demək olar ki, əksər rayonların icra hakimiyyətləri ilə münasibətim var. İnkar etmək olmaz ki, yaxşı işləyən icra başçıları var. Elələri var ki, işə can yandırırlar, işlərini düzgün qura biliblər. Məsələn, Sumqayıta Zakir Fərəcovu icra başçısı təyin etdikdən sonra bu şəhərin vəziyyəti müsbətə doğru çox ciddi şəkildə dəyişib. Digər bir sıra rayonlar da var ki, belə misallar gətirə bilərəm. Amma elə icra hakimiyyəti orqanları da var ki, rayonun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, insanların yaşayışı ilə maraqlanmırlar. Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar. Belələri yanlış yol seçiblər. Birdəfəlik bilməlidirlər ki, rayonun inkişafına onlar sorumludurlar və ölkə rəhbəri onlardan hesab soracaq.

– Bəs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işini necə qiymətləndirirsiz?

– Bakının icra başçısı uzun müddətdir bu vəzifədədir. Amma təkcə Bakıda reklam işinin durumuna baxanda qiymət verə bilərəm ki, bu, iş deyil. Digər sahələr də var ki, vəziyyət ürəkaçan deyil. Bakının inkişafına cənab prezident tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Bakını daha da inkişaf etdirmək lazımdır.

Previous Post

Vahid Əhmədov:“Elə icra başçıları var ki, elə bilirlər rayonun padşahıdırlar”

Next Post

Yalnız Yaponiyada istifadə olunan 6 qeyri-adi ixtira – FOTOLAR

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

03 İyun 2026 - 18:23

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa...

Next Post

Yalnız Yaponiyada istifadə olunan 6 qeyri-adi ixtira – FOTOLAR

Yalnız Yaponiyada istifadə olunan 6 qeyri-adi ixtira – FOTOLAR

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.