Almaniyanın xarici işlər naziri Johann Vadephul İsrail və Fələstin arasında qalıcı sülh üçün iki dövlətli həll yolunu dəstəklədiyini bir daha bəyan edib.
Elchi.az xəbər verir ki, Vadephul Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında “Fələstin probleminin həlli və iki dövlətli həll yolunun həyata keçirilməsinə dair yüksək səviyyəli beynəlxalq konfrans”da çıxış edib.
Almaniyanın Fələstin və İsrail arasındakı münaqişədə iki dövlətli həll yolunu dəstəklədiyini ifadə edən Wadephul, “İsrail ilə sülh və təhlükəsizlik içində birgə mövcud olan müstəqil, demokratik və yaşaya bilən Fələstin Dövləti, beynəlxalq hüquqa uyğun, danışıqlar yolu ilə əldə edilən və indiyə qədər inandırıcı bir alternativi olmayan iki dövlətli bir həlldir” deyib.
Wadephul, iki dövlətli həllin hər zamankindən daha uzaq göründüyündən xəbərdar olduğunu ifadə edərək, “Biz bu həlli daha da əlçatmaz hala gətirmək üçün addımlar atıldığını da bilirik. Biz bu gün buradayıq, çünki daha yaxşı bir gələcək ola biləcəyinə inanırıq” dedi. Vadephul ölkəsinin bu mövzuda üç prinsipə sadiq qaldığını vurğulayaraq, “Birincisi, biz hər iki tərəfin razılığı olmadan 1967-ci il sərhədlərində heç bir dəyişikliyi tanımırıq və tanımayacağıq. İkincisi, biz İsrailin işğal olunmuş ərazilərdə məskunlaşmalarını qanunsuz və sülhə ciddi maneə hesab edirik. Üçüncüsü, Beynəlxalq Məhkəmənin 9 iyul məsləhətinə hörmətlə yanaşırıq. 2024-cü ildir və biz onun müddəalarına uyğun hərəkət edirik”. Vadephul əlavə edib ki, Almaniya həmişə İsrailin varlığına dərin bağlı olacaq.
Şayəstə Hüseynova





















