"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adları açıqlanıb

14 Fevral 2018 - 16:39
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Məktəb alış-verişi bu il daha baha olacaq

Ötən il şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8% artım olub

“APA-Economics” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə əsasən yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.
“Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub və bunlardan “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013″, “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və başqalarının adını çəkmək olar. Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır. Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırıb, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar”, – deyə S.İsmayılov vurğulayıb.
Şöbə müdirinin sözərinə görə, adıçəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər: “Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 mln. 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360 361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb. Bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib”.
S.İsmayılov ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərildiyini, 300-dək şəxs zərərçəkmiş qismində tanındığını bildirib.
“Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar. Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq”, – deyə şöbə müdiri vurğulayıb.
Previous Post

Vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adları açıqlanıb

Next Post

Ötən ilin avtomobil qəzalarının statistikası – 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Bənzər yazılar

V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

11 Avqust 2026 - 17:35

V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında texniki səbəblərdən səhvlik olub. Elchi.az...

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11 Avqust 2026 - 16:58

Bakcell müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Samsung Galaxy A57 5G (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur. Kampaniya...

Məktəb alış-verişi bu il daha baha olacaq

Məktəb alış-verişi bu il daha baha olacaq

11 Avqust 2026 - 15:16

Yeni tədris ilinin başlaması ilə qiymətlərdə bir sıra artımlar müşahidə olunur. Elchi.az xəbər verir ki, “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli...

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

11 Avqust 2026 - 14:30

Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış,...

Next Post
Ötən ilin avtomobil qəzalarının statistikası – 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən ilin avtomobil qəzalarının statistikası – 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən ilin avtomobil qəzalarının statistikası – 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən ilin avtomobil qəzalarının statistikası – 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Son xəbərlər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

11 Avqust 2026 - 19:21
“Barselona”nın futbolçusu ilin sonuna kimi meydana çıxa bilməyəcək

“Barselona”nın futbolçusu ilin sonuna kimi meydana çıxa bilməyəcək

11 Avqust 2026 - 19:10
ÇL: “Sabah” “Orhus”la cavab matçına çıxır – YENİLƏNİB

ÇL: “Sabah” “Orhus”la cavab matçına çıxır – YENİLƏNİB

11 Avqust 2026 - 19:00
Vaşinqtonda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olunub

Vaşinqtonda Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası müzakirə olunub

11 Avqust 2026 - 18:45
Ermənistan Azərbaycandan qaz almaq istəyir

Ermənistan Azərbaycandan qaz almaq istəyir

11 Avqust 2026 - 18:37
Rusiya XİN: Tehranla silahlanmaya nəzarət və regional böhran müzakirə olundu

Rusiya XİN: Tehranla silahlanmaya nəzarət və regional böhran müzakirə olundu

11 Avqust 2026 - 18:29
Bir il əvvəl itkin düşmüş qadını oğlunun qətlə yetirdiyi müəyyən edilib

Bir il əvvəl itkin düşmüş qadını oğlunun qətlə yetirdiyi müəyyən edilib

11 Avqust 2026 - 18:16
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq

Messi atasının ölümünə görə futboldan uzaq qalacaq

11 Avqust 2026 - 17:59
Çexiyada quraqlıq kritik həddə çatıb

Çexiyada quraqlıq kritik həddə çatıb

11 Avqust 2026 - 17:47
V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

V ixtisas qrupu üzrə bu ixtisas kodlarının qarşısında texniki səhv olub

11 Avqust 2026 - 17:35
Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

11 Avqust 2026 - 17:27
Meduza axını Fransa atom elektrik stansiyasının fəaliyyətini iflic edib

Meduza axını Fransa atom elektrik stansiyasının fəaliyyətini iflic edib

11 Avqust 2026 - 17:19
Kolumbiyada zəlzələ səbəbindən həlak olanların sayı 224-ə çatıb

Kolumbiyada zəlzələ səbəbindən həlak olanların sayı 224-ə çatıb

11 Avqust 2026 - 17:10
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11 Avqust 2026 - 16:58
ABŞ Hindistanı “Artemida” ay proqramına dəvət edib

ABŞ Hindistanı “Artemida” ay proqramına dəvət edib

11 Avqust 2026 - 16:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.