"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

“Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın…” – Rəfail Becanov yazır

25 İyul 2017 - 23:21
in KÖŞƏ YAZILARI, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Hər şey ondan başladı ki, dövlət tərəfindən 255 jurnalist mənzillə təmin edildi. Milli Mətbuat günündə Prezident 255 jurnalisti mənzillə mükafatlandırdı. Xüsusi və özəllikcə fərqli yanaşmadır. Bir vətəndaşın, jurnalistin həyat şəraitinin yaxşılaşdırılması, dövlətindən mükafat alması həm də dövlətin başucalığı, sosiallığıdır. 

Amma bəzi “siyasətçilər”, onların əlaltıları bu hadisəyə olmazın çirkab atmağa çalışırlar. Bunun bədəlini də ağır formada ödəyirlər. Fərqində deyillər ki, cəmiyyətdə etimadları itir və illərlə zəbt etdikləri yeri sosial sifarişlə yeni siyasi qüvvələrə vermək məcburiyyətində qalırlar. O zaman isə bu uduzmuş siyasətçilər, onların trolları bütün mümkün və qeyri-mümkün imkanlardan istifadə edərək, yeni hədəf axtarır və jurnalsitlərə böhtan atır, onları satqınlıqda ittiham edir.

Şər atılanların sırasında bəndəniz də var. Bizə verilən evlər dövlət başçısının jurnalistlərə diqqəti, onların yaşam düzənlərinin yaxşılaşdırılması üçün qayğıdır. Ancaq ağzı, özü, ruhu göyçək olmayanalar hər cür iftira atırlar. Biri deyir, evləri var, biri deyir nəinki evləri, hətta bağları da var, biri deyir satıldılar və s… Yalan və böhtandır. Özü də mağmıncasına. Bu böhtanı atanlar mağmın olmasaydılar dediklərinə, yazdıqlarına azca da həqiqət payı qatardılar. Heç olmasa bir ünvan göstərərdilər, susardıq.

Məsələn, mənimlə bağlı desəydilər ki, maşını var, səsimi də çıxarmazdım. Deyərdim var axı! Amma ƏMRƏ MÜNTƏZİRlər bütün dediklərində olduğu kimi bu dəfə də böhtan və çirkab püskürən bir mexanizm olduqlarını sübut etdilər. Axı mənim bağım yoxdu! Kaş ki olaydı, lap kimsə hədiyyə verəydi, qəbul və minnətdarlıq da, təşəkkür də edərdim. Nə var ki burada?

Ruhlarını, vicdanlarını xarici havadarlarına, imanlarını şeytana satanlar bizi də özləri kimi təsəvvür edir, elə bilirlər ki, hamı onlar kimidir. Satqın olacaq, ədalətsiz olacaq, haqqa nahaq deyəcək. Necə ki, illərdir özləri deyirlər. Ağı qara görürlər.

Bir xoruz məsəli ilə. Kolun arasına giriblər elə bilrilər ki, quyruqları görünmür. Özlərinin xislətlərini başqalarına şamil edirlər. Necə olur ki, biz bu dövlətdə yaşaya-yaşaya, bu dövlətin qarşısında az və ya çox xidmətimiz ola-ola ev veriləndə dönüb satqın oluruq, qələmimizi satmış sayılırq, amma siz hansısa Conun, Mayklın verdiyi evdə oturub, onun verdiyi pulla yaşayanda, maşın sürəndə, dəbdəbəli istirahət mərkəzlərində dincələndə satqın olmursuz? Biz kimə satılmışıq ki? Biz qələmimizi niyə satmışıq ki? Vergi verdiyimiz dövlətəmi? Bəs siz kimə satılıbsınız? Vergi vermədiyiniz, əksinə conların, mayklların vergisindən pay aldığınız dövlətlərə! Bizlər dövlətimizi sizin “dövlətləriniz”dən qorumaq istəyirik. Çünki onlar sizi məhz buna görə yedirdib-bəsləyirlər. Heç olmasa, ayıbınıza kor olun! Bu ölkənin dərdləri, problemləri, uğurları ilə yaşayanları ittiham etməyin.

Şəxsən məndə sizlərin ədalətsizliyinizə şübhə yoxdur. Həyanızı da itirdinizmi? Onu harda kayb etdiniz? Sizdən verilən evlərin, pulların əvəzinə olub-qalan həyanızımı da aldılar?

Mən sözümü yazıram, qəzetimiz də, saytımız da oxucularının qarşısında gözükölgəli deyil. Haqq hesab etdiyimizi, bildiyimizi yazırıq. Alternativ fikri cəmiyyətə çatdırırıq. Tənqid edirik, çatışmazlıqları göstəririk. Sizin yalançı, ancaq özünü düşünən, özünün maddi gəlirlərinə söykənən xor kapellanıza qoşulub danışsam onda mənə satqın deməyəcəksiniz, eləmi?

Öyrəndiyim, gördüyüm, oxuduğum bu olub ki, yalanlarla demokratiya mübarizəsi aparılmır. Adamları şərləmək demokratya deyil, vicdansızlıqdır, əxlqasızlıqdır.

Tutaq ki, o evlərdən biri də mənə verilməyəydi. Nə qazanacaqdınız? Düşünürsüz ki, sizin kapellanızın üzvümü olacaqdım? Yanılırsınız. Sizlərdən daha çox və dəfələrlə şansım olub sizin yaşadığınız həyatı yaşamağa. Amma bu yolu seçməmişəm, mənim kimi yüzlərlə dostlarımız da seçməyib. Bizim üçün bu VƏTƏN, bu torpaq sizin dəyərlərinizlə ölçülmür. Ona görə də pisimiz də, yaxşımmız da özümüzündür. Bu düşüncədə yaşadıq və yaşayırıq.

Yenə də sözümüzü yazırıq, fəaliyyətimizi göstəririk. Amma sizlər hamıya fərq qoymadan çirkab atırsınız, tənqid etmirsiniz, məhz çirkab atırsınız! Dayanın bir… Qohumlarınızın yaşadığı, əcdadlarınızın uyuduğu Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın, onun ləyaqətli adamlarına şər atmayın…Həmişə olmasa da, bəzən çirkab içində olan vicdanınızı təmizləməyə çalışın!

Və ən nəhayət, bizim sizdən fərqli olaraq, heç bir öhdəçiliyimiz yoxdur”.

Rəfail Becanov
“Cümhuriyət” qəzetinin baş redaktoru,
Cebhe.info saytının baş direktoru

Previous Post

“Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın…” – Rəfail Becanov yazır

Next Post

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” – QALMAQAL

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.